SON DÖVRLƏRDƏ TƏHSİLİMİZDƏ MÖVCUD OLAN BƏZİ PROBLEMLƏR HAQQINDA24-09-2024, 12:48
Çap et İsa İsmayılov.
Pedaqogika üzrə elmlər doktoru, professor. Əməkdar müəllim Respublikamızın həyatının bütün sahələrində olduğu kimi, son illər təhsil sistemində də geniş uğurlar əldə edilmişdir. Bütün bunlar Respublikanın Prezidenti cənab İlham Əliyevin gərgin əməyi və uzaqgörən təhsil siasəti hesabına baş vermişdir. İşğaldan azad olunmuş torpaqlarda və istənilən tədbirlərdə cənab prezidentimizin təhsilə nə qədər geniş önəm verdiyini görürük. Bu günlərdə Xankəndidə - Qarabağ Universitetində etdiyi çıxış bunun ən bariz nümunələrindən biridir. Təhsil bir xalqın, ölkənin inkişaf etmiş ölkələr səviyyəsinə qalxmasında, dünya təhsil sisteminə inteqrasiya olunmasında çox böyük imkanlara malikdir. Belə imkanlar bizim xalqımızda və təhsilimizdə də vardır. Bu baxımdan diqqətinizi bu gün təhsilimiz üçün olduqca aktual olan bəzi məsələlərə, xüsusən son illərdə həm ümumtəhsi, həmdə ali təhsil sistemində tədris olunan STEM fəninin tədrisinə yönəlmək istərdik. Əvvəlcə bu fənnin tədrisi tarixinə nəzər salmaq maraqlı olar. Sual olunur bu fənn son illərdəmi yaranıb? Birmənalı şəkildə qeyd etmək olar ki, bu yeni adla tədris olunsa da, onun məzmununu özündə əks etdirən fənlər və ixtisaslar hələ keçən əsrin 60-70-ci illərində mövcud idi. Hazırda bu fənnin orta məktəblərdə tədrisi ən çox informatika müəlimlərinə həvalə olunur. Bunun özündə müəyyən çatışmazlıqlar vardır. Çünki, burada olan inteqrasiya məsələlərini şagirdlərə vermək təkcə informatika müəllimlərinin gücündə deyildir. İkincisi, hazırda bu fənnin 60-70-ci illərdə tədris olunan həmin fənlərin müasir dövrün tələblərinə və inkişafına uyğun modelləşdirilmiş yeni formada əks etdirdiyini aydın görmək mümkündür. Uzun illərin təcrübəsindən məlumdur ki, bu gün STEM fənninin əhatə etdiyi məsələlər post sovet məkanında 1955 - 60- cı illərdən ali pedaqoji məktəblərdə mövcud idi. 1960-cı illərdə bütün postsovet məkanının pedaqoji institutlarının fizika- riyaziyyat fakültələrinin nəzdində “Mühəndis-müəllim” adı altında ”Ümumi texniki fənlər, əmək və (istehsalat, əlavə fizika ” və s). adlarda ixtisas yaradıldı. Burada əsasən texniki universitetlərdə keçilən fənlər tədris edilirdi. Həm də 1960-1965 - ci ilə qədər bu ixtisasda təhsil alan tələbələr, birinci kursda (texniki universitetlərdə olduğu kimi, yalnız bir il) Bakı şəhərində yerləşən müxtəlif zavodlarda gündüz işləyir, axşam isə təhsil alırdılar. Tələbələr zavodlarda işləməklə bir növ həm də təcrübə keçirdilər. Həmin ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ilk dəfə fizika-riyyaziyat fakültəsinin nəzdində “Ümumi texniki fənlər və fizika” (1963-cü ildən bu ixtisas ”ÜTF və Əmək” adlandırıldı) şöbəsi yaradıldı. O, zamanlar bu ixtisası bütün keçmiş SSRİ miqyasında dövlət səviyyəsində “Mühəndis-müəllim” adı ilə formalaşdırmağa geniş cəhd edilirdi. Burada hazırlanacaq kadrlar müəllimliklə paralel mühəndis olmaları üçün elmi, riyaziyyatı, texnikanı və texnologiyanı yaxşı bilməli, ümumtəhsil və texniki peşə məktəblərində yüksək səviyyəli mütəxəssislər kimi çalışmalı idiliər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda STEM fənninin tədrisinin ilkin təməli 1960-cı illdən qoyulmağa başlamışdır. Uzun müddət bu ixtisas keçmiş SSRİ miqyasında pedaqoji institutlarında (o, cümlədən bizim Respublikamızda da) şöbə halından çıxaraq fakültə kimi fəaliyyət göstərdi. Nədənsə son illərdə bizim respublikamızda yenidən şöbə halına gətirilərək cəmi bir ixtisas kafedrası (Əməyin texnologiyası) kimi fəaliyyət göstərməyə başladı. Bu ixtisasda riyyaziyat, fizika, kimya fənləri ilə yanaşı, texniki universitetlərdə tədris olunan bir sıra texniki fənlər tədris edilirdi və indi yenə də bəzi istisnalar olmaqla bu fənnlər tədris edilir. Demək olar ki, məzmun əvvəlki kimi qalır. “Əməyin texnologiyası” kafedrasında, ağac və metal emalı, metallar texnologiyası kimi bir sıra texniki fənlər, elektrotexnika, elektronika, İKT kimi seçmə fənlər tədris edilir. Halbuki, tədris planlarını cüzi təkmilləşdirərək müasirləşdirməklə geniş potensial imkana malik belə bir kafedrada çox rahatlıqla bəzi fənləri (robottexnika, süni intelekt və s.) əlavə etmək və STEM dərslərini yüksək səviyyədə tədris etmək olar. Bu yeniləşmə nəticəsində orta məktəblərimiz üçün günün tələblərinə cavab verən texniki fənlər, əmək, həmçinin, kafedranın tam profilinə uyğun olan STEM müəllimləri hazırlamaq olar. Bu yeniləşmə süni surətdə STEM altında bir sıra fakültə və şöbələrin (fizika, riyyaziyat, texnologiya, kimya-biologiya və i) müvafiq fənlərinin dərs saatlarını ixtisar edib, 50-60 saat STEM dərsi keçmək deyil, ixtisaslı STEM müəllimlərinin hazırlanması kimi vacib bir problemin həll edilməsinə səbəb olardı. Bu, həm də onsuz da çox kicik texniki imkanlara malik olan “Fizikanın tədrisi texnologiyası” kafedrasının imkanlarının daha da məhdudlaşdırılması (mövcud 5-6 otağının 3-nü STEM laboratoriya və mühazirə auiditoriyası etmək, iki auiditoriyanı birləşdirib böyük bir aiditoriyanı fakültənin ştatlı işçisi ilə birlikdə fizika muzeyinə çevirmək, bir otağı lazer ağac emalı kabinəsi etmək, kafedranın profilindən tam kənar iş görməklə bu kafedranın imkanlarını zəiflətmək) deyil, həqiqətən də hərtərəfli hazırlanmış STEM müəllimləri hazırlığını yüksək səviyyədə reallaşdırmaq olardı. Bu, eyni zamanda STEM müəllimlərinin müasir tələblərə cavab verə biləcək gələcək fizika müəllimlərinin texnoloji, metodiki hazırlığının qarşısının alınmasına hesabına deyil, müstəqil bir formada onların hazırlanmasına xidmət etmiş olardı ki, bundan həm ali məktəbimiz, həm də orta məktəblərimiz qazanardı. Əslində bu gün STEM adı altında mövcud olan metodun tələbləri “Əməyin texnologiya” ixtisasındakı fənnlərin tədrisi ilə həyata keçirilməlidir. Bu ixtisasın tədris planında avtomatika, elektronika və elektrotex¬ni¬kadan fərqli robot texnikası, nanotexnologiya element¬ləri və aerokosmik uçuş aparatları və s. ilə əlaqədar tələbələrə müəyyən səviyyədə bəsit də olsa elmi biliklər verməklə, geniş elmi, riyazi, mühəndislik və texnoloji sahədə ixtisaslı müəllim yetişdirmək olmalıdır. Hazırda mövcud tələbləri nəzərə almaqla ali təhsil sistemində STEM dərslərin tədrisi aşağıdakı üç istiqamətdə, müxtəlif təhsil pillələrinə müvafiq fənlərin tədrisi vasitəsilə həyata keçirilməlidir: Birinci təhsil pilləsində - Məktəbəqədər təhsil fakültənin nəzdində olan “Məktəbəqədər təhsilin pedaqogikası” kafedra¬sında tədris olunan “Məktəbəqədər təhsil müəssisələrində əmək və onun tədrisi metodikası” fənni vasitəsilə. Burada hazır mövcud olan statik və dinamik oyuncaq modellər, konstruk¬torlar əsasında yığılaraq STEM elementləri bəsit şəkildə öyrədilməlidir. Hətta burada hazır konstruktor Robotlar belə yığıla bilər. Mən bunları Londonda bağçada tərbiyə alan nəvəmin Bakıda yığdığı Roboto necə işlətməsinin çanlı şahidiyəm. Bir qədərdə modellərin imkanları haqqında bəsit – nəzəri məlumatlar vermək məncə bu pillə üçün kifayətdir. İkinci təhsil pilləsinin birinci səviyyəsində - ibtidai məktəb səviyyəsində keçiriləcək STEM dərslər (ibtidai riyaziyyat kursu, informatika, həyat bilgisi, biologiya fənlərindən mənimsənilmiş biliklər bazasında) bir qədər dərinləşdirilərək onların elmi əsasları səthi, texnologiyası və elementar riyaziyyat öyrədilmək şərtilə “İbtidai sinif müəllimliyi" ixtisasının müvafiq kafedra¬sında tədris olunan “Texnologiya və onun tədrisi metodikas”ı fənni vasitəsilə öyrədilməlidir. Nəhayət, Orta təhsil pilləsinin ikinci səviyyəsində - (5-9 –cu siniflərdə) bu fənnin məzmunu tam başqa istiqamətdə formalaşdırılmalıdır. Fikrimizcə bu yeniliklər pedaqoji universitetlərin “Əməyin texnologiya” ixtisasında təhsil alan bakalavrlar isə öz kafedralarında Elektrotexnika, Elektro¬nika, Avtomatika, İKT, Robototexnika, Nanotexno¬lo¬giya, Aerokosmik uçuş aparatları haqqında kifayət qədər elmi-nəzəri məlumatlar aldıqlarından onlar STEM dərslər üçün tam hazır olacaqlar. Yəni, qeyd edilən fənnlər vasitəsilə bu ixtisasda oxuyan bakalavriatları 5-9- cu siniflərdə ”Texnologiya və STEM” fənninin tədrisinə hazırlamaq daha səmərəli və keyfiyyətli olacağına səbəb olar. Qeyd edək ki, bizim universitetimizdə “Əməyin texnologiyası” ixtisasında 50-60 ildir ki, “Ağac emalı” dərsləri keçilir. Emalatxanada görülən müxtəlif praktik işlərdən biri də lazerlə ağac üzərində oyma işidir. Bu qurğu olan otaqda təhlükəsizlik texnikası qaydaları (havanın, burada yaranan tüstünün və ağac yanığının iyinin sorulması işləri) yüksək səviyyədə olmalıdır. Fizika fakültəsində isə bu fənn 10 minlərlə dollar qiymətə malik lazer oyma qurğusu 8-ci mərtəbədə “Fizikanın Tədrisi Texnologiyası” kafedrasının otaqlarından birini sözün həqiqi mənasında “zəbt edərək” guya keçilir. Əslində isə kafedranın bu fənləri tədris edən müəllimlər tərəfindən öyrənilməsi əvəzinə müxtəlif fiqurlar hazırlamaq üzrə kiminsə xobbisinə çevrilmişdir. Burada iş gedəndə ağac yanığının iyi və tüstü mərtəbəni götürür. Halbu ki, bu işləri texnologiya ixtisasında dərs deyən müəllimlər aparmalı və orada təhsil alan bakalavriat tələbələrə öyrətməklə məktəblərimiz üşün yüksək səviyyəli, peşəkar mütəxəsis - texniki fənlər, əmək və STEM müəllimi yetişdirilməlidir. Burada isə belə bir şərait yox dərəcəsindədir. Baxaq görək Fizika fakültəsinin “Fizikanın tədrisi texnologiyası”(FTT) kafedrasınada bir neçə fakültədən toplanmış tələbələrə STEM adı altında tədris olunan fənnnin tədrisində nə öyrədilir. Bəzi mövzulara diqqət edək. Vurma cədvəlinin qurulması və işlənməsi. Hazır modelin sxeminə əlavə edilən bir az işlənmiş meqobiti bir necə dəfə silkələdikdən sonra 3X2 =7, ikinci çalxalamadan sonra 8, nəhayət bir neçə dəfə çalxaladıqdan sonra 6 rəqəmi ekranda görünür. Bayrağın rənglərinin alınması, Sayrışan ulduzlar, Qara rəngin alınması və s. kimi mövzularına nəzər yetirsək görərik ki, Fənlərin tədrisi texnologiyası kafedrasının əsas istiqamətləri ilə heç bir əlaqəsi olmayan və birinci və ikinci təhsil pilləsinə aid olan bu cür mövzularla müxtəlif ixtisaslar üzrə (riyaziyyat, fizika, kimya- biologiyaI texnologiya) toplanmış tələbə bakalavriatlara heç nə öyrədilmir. Axı, STEM dərsləri bunlardan ibarət deyildir. Respublikada mövcud olan STEM mərkəzləri isə yuxarıda qeyd edilən ixtisaslarda ali məktəb müəllimlərinin (müxtəlif pillələr üzrə) xüsusi kurslarla hazırlığı həyata keçirməlidir ki, onlar da işlədikləri fakültə tələbələrinə öz ixtisaslarına uyğun fənnin tədrisi texnologiyasında bir iki saatlıq STEM dərsləri haqında məlumat versinlər. Bu fənn “Əməyin texnologiyası” kafedrasının əsas fənni olduğundan buradakı bakalavriat tələbələr bu istiqamətdə mütəxəsis kimi hazırlanmalıdır. Başqa bir fənnin tədrisinə baxaq: Məncə bütün ixtisaslarda, (heç omazsa təbiət fənləri fakül¬tə¬lərində), İnformatika kafedrasının tədris etdiyi “Təhsildə İKT” fənnindən fərqli tələbələrə ixtisasları üzrə İKT səriştəliyinin formalaşdırılması üçün “Fənlərin tədrisində İKT-dən istifadə” adlı seçmə fənnin tədrisinə daha çox yer verilməlidir. Müəllimlərin yerləşdirilməsi ilə əlaqədar DİM-in apardığı yoxlamaların nəticəsində görürük ki, yüzlərlə müəllim İKT sərişdəsi olmadığından peşələrindən kənarda qalırlar. Halbuki, bu sahədə fizika fakültəsində 2006-2022 ci illərə kimi “Fizikanın tədrisində yeni informasiya texnologiyaları” seşmə fənni tədris edilmiş (nəzəri və praktik dərslər üçün qrifli vəsaitlər kompleksi hazırlanaraq çap edilmiş) və çox böyük uğurlar qazanılmışdır. Təəssüf ki, bu sahədə çox böyük təcrübə toplansa da, bu fənnin tədrisinə sonralar imkan verilmədi, bəzi insanların sübyektiv hisslərinin qurbanına çevrildi. Axı riyaziyyat, fizika, kimya, biologiya müəllimliyi ixtisaslarını bitirmiş heç bir gənc müəllim məktəbdə öz ixtisasını buraxıb STEM haqqında aldığı bəsit məlumatların müəllimi olmayacaq. Ona görə də hesab edirəm ki, bu fənn “Əməyin texnologiya” kafedrasının birinci əsas fənni olmalıdır. Bu gün məktəbdə çalışan texniki fənlər və əmək müəllimi eyni zamanda STEM sahəsində də güclü mütəxəsis olmalıdırlar. Bizcə, təbiət fakültələrində STEM haqqında fənlərin tədrisi texnologiyası (metodikası) fəninin daxilində əgər buna ciddi ehtiyac hiss olunarsa bir-neçə saatlıq ümumi nəzəri və praktik məlumatlar verilməlidir. STEM üzrə keçirilən laboratoriya cihaz və vasitələri daimi təzələnməlidir ki, nəyə isə nail olmaq mümkün olsun. Bunun da maya dəyəri olduqca baha başa gəlir. Bu baxımdan region və rayonlar üzrə xüsusi yaradılmış STEM mərkəzlərində bunlar fakültetivlər və yaxud da dərnəklər formasında realizə olunmalıdır. Necə ki, vaxtı ilə Bakı şəhərində olan “Qaqarin adına texniki yaradıcılıq evində” fəaliyyət göstərən dərnək və fakültetiv məşqələlər formasında. İndi isə bunlardan fərqli olaraq rayonlar üzrə mövcud olan, öz güclü potensial imkanları ilə başqa məktəblərdən ciddi fərqlənən ümumtəhsil məktəblərində belə STEM mərkəzlərini yaratmaq daha əlverişlidir. Bunun üçün də ali pedaqoji məktəblərdə “Əməyin texnologiyası” ixtisası üzrə bakalavırların hazırlanması bu sahədə daha ciddi və sistemli hazırlıq üçün daha çox səmərəlidir, nəinki dövlətin qrantları hesabına bir neçə fakültənin tələbələrini sünii surətdə toplayaraq ayrıca kafedra yaratmaqla dövlətin pullarını boş-boşuna sərf etmək. Hesab edirik ki, toxunduğumuz bu problemlərlə əlaqədar Respublikanın Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İnstitutunun mütəxəsisləri də öz münasibətlərini bildirəcəklər. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|