Bu ölkənin prezidenti beynəlxalq axtarışa verildi25-09-2024, 10:28
Çap et ![]() Məhkəmə Venesuela liderini bəşəriyyətə qarşı cinayətlərdə ittiham edən Argentina prokurorlarının tələbinin təmin edilməsinə qərar verib. Argentina məhkəməsi hesab edib ki, bu cür ittihamlar universal yurisdiksiyaya aiddir, ona görə də Maduronu axtarışa vermək səlahiyyəti var. Bundan əvvəl Venesuela məhkəməsi Venesuela prezidenti Nikolas Maduronun təyyarəsinin müsadirə edilməsi işi üzrə Argentina prezidenti Xavyer Maylinin həbsinə order verib. Sentyabrın 19-da Venesuelanın baş prokuroru Tarek Vilyam Saab bildirib ki, onun rəhbərlik etdiyi departament Mayli, onun bacısı və Prezident Aparatının baş katibi Karina Mayli, eləcə də Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullrixin saxlanması üçün order axtarır. Argentina siyasətçiləri böyük oğurluqda ittiham olunurlar. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|