Rusiya-Ukrayna müharibəsinin sonu görünməkdədir26-09-2024, 17:46
Çap et ![]() Ən müasir hərbi texnikanın döyüş vasitələrindən istifadə olunmaqla aparılan müharibə, Ukraynanın enerji infrastrukturlarını, hərbi obyektləri, yaşayış məhəllələrini, məktəbləri, uşaq baxçalarını, mədəniyyət mərkəzlərini, əhəmiyyətli sənaye obyektlərini yerlə yeksan etmiş, dəyəri yüz milyardlarla dollarla ölçülən həcmdə ziyan vurulmuşdur. Rusiya-Ukrayna müharibəsində bir tərəf kimi ABŞ başda olmaqla Kanada, Avstraliya və Kollektiv Qərb dövlətləri Ukraynanı ən müasir silah-sursatla, hərbi kontingentini təlimlərlə, humanitar yardımlarla təchiz etməkdədir. Rusiya-Ukrayna müharibəsi artıq Rusiya ərazisində bir neçə istiqamətdə keçmişdir. Mövcud şərait müharibədə iştirak edən tərəflər nəzərə alındıqda demək olar ki, bu müharibədə qalib ola bilməz. Kompetent beynəlxalq təşkilatlar, xüsusən BMT Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün heç bir əməli tədbir görmür. 2 il 7 aydır ki davam edən bu qardaş qırğınına isə təxirəsalınmadan son qoyulmalıdır. Əks halda müharibə böyüyüb regional, hətta qlobal miqyasda yayıla bilər. Çıxış yolu hardadır? Artıq hər iki xalqın öz sözünü deməsinin vaxtı çatmışdır. Hər iki dövlətin prezidentləri istefa verməlidir. Əgər bu baş vermirsə, onda xalqın tələbi ilə prezidentlərin impiçmenti məsələsi ali qanunverici orqanda həll edilməlidir. Döyüşlər dayandırılmalı, atəşkəs əldə edilməli, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisini, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisini tərk etməli, 2014-cü ilin sərhədləri bərpa olunmalıdır. ![]() Məsum Kamal oğlu Əliyev Kürdəmir rayonu, Karrar ASM-in bölmə müdiri 26.09.2024-cü il Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|