Müasir dövrdə beynəlxalq münasibətlərdə hegemonluq, totalitarizm meylləri30-09-2024, 13:58
Çap et Totalitarizm və hegemonluq tarixin bütün dönəmlərində bu və ya digər formalarda həyata keçirilmişdir. Ümumiyyətlə hegemonluq və totalitarizm dedikdə, “qlobal güclər”in beynəlxalq münasibətlərdə beynəlxalq hüquqa, dinc yanaşı yaşamaq prinsiplərinə qarşı çıxıb mürtəce ideyalarını diktat, ultimatum, zor gücünə həyata keçirmək üçün silsilə tədbirlər sistemidir.
Müstəmləkəçilik miqyasından asılı olmayaraq əraziləri işğal edib xalqları əsarətdə saxlayaraq nəzarəti özününküləşdirmək imperiyalar üçün xarakterikdir. Tarixi inkişaf prosesində imperiyalar dağılmış müstəmləkə xalqları istiqlaliyyət öz dövlətlərini qurmuşlar. Lakin hal-hazırda da utanclıq gətirən hal kimi, sanki keçmişin eybəcərliyinin sübutu kimi Fransanın, Niderlandın və sairlərin müstəmləkəsində olan xalqlar mövcuddur. İmperializm dövlətində “parçala, hökm sür” prinsipi həyata keçirilmiş, nəticədə Şimali və Cənubi Azərbaycan, Hindistan və Pakistan, Fələstin və İsrail, Şimali və Cənubi Koreya yaranmışdır. Totalitarizm və hegemonluq müasir dövrdə də mövcuddur. Bu əsas etibarı ilə bir neçə yollarla həyata keçirilir. Bunlardan birincisi dünyanın müxtəlif regionlarında separatizmi dəstəkləmək, ona rəvac vermək, yardım göstərməklə “dövlət içində dövlət”, “boz zonalar” yaratmaq yoludur. Gürcüstanda Abxaziya və Şimali Osetiya, Moldova Respublikasında Prednistrovye, Azərbaycanda artıq həll olmuş keçmiş Dağlıq Qarabağ, Ukraynada Krım, Zaporojye, Luqansk və Donbas bölgələri, İspaniyada Kataloniya, İtaliyada Siciliya, Fransada Korsika bölgəsi və sairə. İkinci yol regional münaqişələr yaratmaq yoludur. “Qlobal güc”lər regional münaqişələr yaratmaqda maraqlı olub bu yolla regionlara təsir rıçaqlarına malik olub öz mənafeləri istiqamətində hadisələri yönəldirlər. Yarandığı 1948-ci ildən Yaxın Şərqdə ərəb dövlətləri üçün “baş ağrısına çevrilmiş İsrail dövləti hər zaman elə bu gün də dünyanın 1 saylı qlobal gücü hesab edilən ABŞ tərəfindən himayə olunur, dəstəklənir, hərbi silah-sursatla təmin olunur. 30 il Azərbaycanın 20% ərazisini, o cümlədən keçmiş Dağlıq Qarabağ bölgəsini işğal altında saxlamış Ermənistan dövləti 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan ordusu tərəfindən Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə məğlub edilmiş və 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza etmişdir. Bu münaqişənin həlli ilə əlaqədar BMT-nin mandatı ilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya bu 30 il ərzində əməli iş görməməsinə rəğmən münaqişə həll olunduqdan sonra məğlub, təcavüzkar Ermənistanı növbəti qarşıdurmalar, ekskalasiyalar üçün silahlandırır. ABŞ, Kanada, Avstraliya və kollektiv Qərb Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfini dağıdıcı uzaqmənzilli ballistik raketlərlə təmin etməklə müharibənin daha da alovlanmasına Rusiya tərəfindən nüvə silahından istifadəyə şərait yaradır. Məsum Kamal oğlu Əliyev Kürdəmir rayon Karrar ASM-nin bölmə müdiri 28 sentyabr 2024-cü il Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:47
Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar keçirilir11:22
Millətlər Liqası: Azərbaycan millisinin Estoniya və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|