Paytaxt yollarında tunel, körpü və keçidlərin təmizlənməsi işləri aparılıb8-10-2024, 10:07
Çap et Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi təyinatlı işçi heyəti şənbə və bazar günləri paytaxt yollarında hərəkət intensivliyinin azalmasından istifadə edərək yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri, körpü və piyada keçidlərinin, həmçinin yol elementlərinin təmizlənməsi işləri aparıb.
Agentlikdən bildirilib ki, bu çərçivədə “20 Yanvar dairəsi”ndə yerləşən avtomobil körpüsünün, Ziya Bünyadov prospektində yerləşən piyada keçidlərinin və yol elementlərinin yuyularaq təmizlənməsi, həmçinin Heydər Əliyev prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində və “Xutor dairəsi” adlanan ərazidə yerləşən avtomobil tunellərində zəruri təmir işləri icra olunub. Sözügedən işlər zamanı körpü, keçid və tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər, bardür hissələri xüsusi təyinatlı maşınlar, xüsusi təmizləyici məhlullar vasitəsi ilə təzyiqli su verilərək yuyulub. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|