İsveçdə istixana qazı emissiyaları dünya ərzaq istehsalına təhlükə törədir4-11-2024, 13:37
Çap et Əgər İsveç son 33 ildə istixana qazı emissiyalarına töhfə verməsəydi, ildə 250 mindən çox insan qidalana bilərdi.
Bu barədə fəaliyyəti dünyada yoxsulluq, bərabərsizlik və sosial problemlərə toxunan beynəlxalq “Oxfam” xeyriyyə təşkilatının son hesabatında deyilir. Hesabata görə, hər yeddi isveçlidən birinin daxil olduğu planetin ən zəngin 10 faizi dünya tullantılarının yarısına cavabdehdir. “Oxfam”ın iqlimşünas alimi Astrid Nilsson Lyuis deyir: “Biz artıq belə ağır təsirləri gördüyümüz üçün şokdayıq və vəziyyətin daha da pisləşəcəyini anlayırıq”. “Oxfam” proqnozlaşdırır ki, dünyanın ən zəngin insanlarının emissiyaları 2050-ci ilə qədər ərzaq məhsuldarlığını azaldacaq, halbuki, orta hesabla, illik məhsul itkiləri təxminən 148,8 milyon insanı qidalandıra bilər. Artıq bu gün isveçlilərin tullantıları ildə 260 min insanı qidalandıra biləcək məhsul itkisinə səbəb olur və bu rəqəm 2050-ci ilə qədər iki dəfə arta bilər. Lyuis əlavə edir: “İsveç kiçik bir ölkədir və biz iqlimlə mübarizə üçün hər şeyi edirik. Lakin bizdə hələ də qeyri-mütənasib dərəcədə yüksək emissiyalar var ki, bu da artmaqda davam edir və bütün dünyada dağıdıcı nəticələrə səbəb olur”. İnsanların istixana qazı emissiyaları artıq isti dalğaları, məhsulun azalması və iqtisadi itkilər səbəbindən ölümlərə səbəb olur. “Oxfam”, həmçinin qarğıdalı, buğda və soya kimi bitkilərin məhsuldarlığının emissiyalara görə nəzərəçarpacaq dərəcədə azaldığını təxmin edir. Bu emissiyalar olmadan, 1990-2023-cü illər arasında 48,2 milyon insanın ərzaq təhlükəsizliyinə malik ola biləcəyi təxmin edilir. Temperaturun daha da yüksəlməsinin bitkilərə mənfi təsir göstərəcək quraqlıq və yağış kimi ekstremal hava şəraiti səbəbindən vəziyyəti daha da pisləşdirəcəyi gözlənilir. Bir həftə sonra Azərbaycanda keçiriləcək COP29 iqlim sammitində əsas mövzulardan biri iqlim dəyişikliyindən itki və zərərin ödənilməsi üçün fondun maliyyələşdirilməsi olacaq. “Oxfam” təklif edir ki, İsveç bu fonda 24 milyard kron (2,24 milyard dollar) töhfə versin ki, bu da ölkənin multimilyonçuları və milyarderlərinə sərvət vergisi tətbiq etməklə ödənilə bilər. Lyuis qeyd edir ki, belə bir vergi sayəsində 158 milyard kron (14,7 milyard dollar) toplana bilər ki, bu da iqlim dəyişikliyindən dəyən zərərin ödənilməsinə kömək edəcək. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|