Nazir: Qız uşaqlarının təhsili daha güclü millət kimi formalaşmanın əsas amillərindən biridir5-12-2024, 13:33
Çap et Bunu elm və təhsil naziri Emin Əmrullayev dekabrın 5-də Bakıda keçirilən Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda çıxışı zamanı deyib. “Amma biz həm də əmin olmalıyıq ki, onlar doğru-dürüst azərbaycanlılar olacaqlar. Yəni Azərbaycanın ailə dəyərlərinə hakim olacaqlar, öz həyat tərzlərini bu torpaqlarda yaşamış əvvəlki nəslin adət-ənənələrini həmin zəmanənin tələblərinə uyğunlaşmış formada davam etdirəcəklər. Bir sözlə, azərbaycanlı olmağa davam edəcəklər. Çünki bu, çox vacibdir. Düşünürəm ki, bu, hazırda xüsusilə azyaşlı uşaqlarımızın təlim-tərbiyəsi işlərində qarşıda duran ən vacib çağırışlardan biridir”, - deyə nazir qeyd edib. Qız uşaqlarının təhsilinin əhəmiyyətindən danışan nazir vurğulayıb: “Biz unutmamalıyıq ki, qız uşaqlarının, yəni gələcək anaların təhsili daha savadlı, bacarıqlı və güclü millət kimi formalaşmanın əsas amillərindən biridir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
