Heqiqet.Az » siyaset » Heydər Əliyevin ömür yolu gələcək nəsillərə nümunədir


Heydər Əliyevin ömür yolu gələcək nəsillərə nümunədir

9-12-2024, 22:15
Çap et
Ulu Öndər elm və təhsilə həmişə xüsusi həssaslıqla yanaşıb, bu sahəyə daim qayğı göstərib. Ümummilli lider öz çıxışlarında dəfələrlə təhsilin də mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual sahəsini əks etdirir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib.
Ulu Öndərin arzusunda olduğu, lakin ömrü vəfa vermədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbay- canın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdır. Prezident İlham Əliyev Ordumuz və xalqımızla birlikdə bu işi ləyaqətlə bacardı.
Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad­dır - xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini da­vam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı ata vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Heydər Əliyevin böyük siyasətinin uğuru onun ölməzliyini bir daha təsdiqləyib. Bütün bunlara görə xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, uca Tanrıdan Onun ruhuna daim rəhmət diləyir!
Heydər Əliyevin ömür yolu gələcək nəsillərə nümunədir
İlqar Əliyev,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdmanın oyun növləri kafedrasının müdiri, dosent, Əməkdar məşqçi, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Azərbaycan bayrağı” və bir çox mükafatlar laureatı
Reytinq: