AYNA: Bakıda nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2 minə çatdırılıb10-01-2025, 11:31
Çap et ![]() Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. Anar Rzayevin sözlərinə görə, 2023-cü illə müqayisədə nağdsız ödəniş 17 faiz artıb. “Bakı şəhərində nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2022-ci ildə təxminən 1000 ədəd, 2023-cü ildə 1400 ədəd olduğu halda hazırda bu göstərici təxminən 2000 ədədə çatdırılıb. Bakı şəhəri üzrə 2024-cü ildə 2023-cü illə müqayisədə 28 milyon çox sərnişin daşınıb”, - deyə AYNA sədri əlavə edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|