Heqiqet.Az » idman » Azərbaycan klubu macarıstanlı voleybolçunu transfer edib


Azərbaycan klubu macarıstanlı voleybolçunu transfer edib

14-01-2025, 11:17
Çap et
Qadın voleybolçulardan ibarət “Abşeron” komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Bu barədə Bakı təmsilçisinin baş məşqçisi Famil Ağayev məlumat verib. Mütəxəssis bildirib ki, macarıstanlı Kinqa Syuç ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı Kinqa Syuç daha əvvəl Fransa, İtaliya və Polşa çempionatlarında çıxış edib.
Reytinq: