Prezident Ərdoğan: Qardaşım İlham Əliyevə öz adımdan və bütün türk xalqı adından xüsusi minnətdarlığımı bildirirəm7-02-2025, 12:34
Çap et Türk qərənfili formasında olan plaket 53 mindən çox Türkiyə sakininin həyatına son qoyan faciənin ikinci ildönümü ilə əlaqədar Adıyaman vilayətində təşkil olunan mərasimdə qardaş ölkənin dövlət başçısı tərəfindən təqdim olunub. Xatirə plaketinin üzərində “Əsrin fəlakəti fonunda göstərilən nümunəvi həmrəylik, dəstək və fədakarlıq yaddaşımızda əbədi olaraq qalacaq və ölkəmizin gələcəyinin qarantı olan yeni vətəndaş nəsilləri üçün ilham mənbəyinə çevriləcəkdir” sözləri əks olunub. Azərbaycanın Ankaradakı səfiri Türkiyə Prezidenti tərəfindən mükafatlandırılanlar siyahısında birinci olub. Türkiyə Prezidentinin “İlk xatirə plaketi qardaş Azərbaycana təqdim edilir! Xahiş edirəm qardaşım İlham Əliyevə ən xoş salamlarımı yetirin” sözləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Ərdoğan əlavə edib: “Şəxsən öz adımdan və bütün türk xalqı adından ona xüsusi minnətdarlığımı bildirirəm”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
