Heqiqet.Az » sosial » Saatlıda “Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda seminar keçirildi


Saatlıda “Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda seminar keçirildi

13-03-2025, 21:53
Çap et
İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru

Bu gün Saatlı rayonunda “Pambıq bitkisinin becərilməsində yeni texnologiyaların tətbiqi” mövzusunda bölgənin DAİM sədrləri, mütəxəssislər, pambıq becərilməsi ilə məşğul olan fermerlər, iş adamlarının iştirakı ilə seminar keçirilmişdir. Bitki Mühafizə və Texniki Bitkiıər ETİ- nin tədqiqatçı alimlərindən Ələddin Tağıyev, İsmayıl Nəbiyev, Xurşid Aslanova, Səbuhi Eldarov müxtəlif mövzularda, “pambıqçılıqda yeni sortların yaradılması, becərmə texnologiyaları, pambığın zərərverici və xəstəlikləri, pambıqçılıqda quraqlıq və şoranlıq stresləri, onlarla mübarizə” çıxış etdilər, fermerləri maraqlandıran suallara cavab verdilər. Yetkin rəy ondan ibarət idi ki, daha məhsuldar, müasir tələbatlara cavab verən yerli pambıq sortlarının toxumçuluğu yaradılmalı, xaricdən toxum alınması məhdudlaşdırılmalıdır. Tədbirin yüksək səviyyədə keçməsi üçün Saatlı DAİM sədri Ağa Əsədova və həmkarlarına dərin təşəkkürlərimi bildirirəm.








Reytinq: