ÜZÜMÜN ANTRAKNOZ XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏ14-04-2025, 23:24
Çap et ![]() Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru,, AMEA-nın müxbir üzvi, professor Dəyərli üzümçülər, hömətli üzümçü fermerlər və maraqlı şəxslər! Üzümün xəstəlikləri çoxdur, onlardan biri də antraknozdur. Antraknoz dünyanın üzüm becərilən bütün ölkələrində yayılmışdır. Vurduğu zərərə görə mildyu və oidiumdan geri qalır, lakin yazı yağmurlu keçən illərdə qəflətən şiddətli yayılmasına və tənəkləri məhv etməsinə görə fərqlənir. Azərbaycanda xəstəliyə Lənkəran- Astara, Şamaxı, Ağsu, Gəncə ətrafı rayonlarda təsadüf edilir, qrunt sularının torpaq səthinə yaxın ərazilərdə daha təhlükəlidir. Üzümün antraknoz xəstəliyini törədən göbələyin müasir təsnifatda yeri aşağıdakı kimidir: Aləm- Regnum- Mycota, Fungi və ya Mycetalia Şöbə- Divisio- Ascomycota Sinif- Classis- Leotiomycetes Sıra- Ordo- Helotiales Fəsilə- Familiae- Drepanopezizaceae Cins- Genus- Elsinoe Növ- Species- Elsinoe ampelina Shear. Antraknoz üzüm tənəyinin bütün yaşıl orqanlarını- yarpaq, zoğ, hamaşçiçək, gilə və salxımları yoluxdurur. İlk yoluxan yarpaqlardır, onlar əmələ gəldikdən az sonra yarpaqların səthində qırmızıtəhər və ya tünd qonur haşıyəli parlaq boz ləkələr formalaşır. Az sonra yarpaq ayalarının toxuması dağılır və onlar tökülürlər. Bu əlamət patogenin diaqnostikasında mühüm amildir. Zöğlar yalnız cavan yaşlarda yoluxur, onların üzərində bənövşəyi çalarlı kiçik qonur ləkələr əmələ gəlir. Zoğlar böyüdükcə ləklər artır, uzunsov forma alır. Çiçəkləmə dövrü hamaşçiçəklər daha intensiv sirayətlənir. Bu zaman daraq, çiçəkayaqcığı və çiçəklərdə xarakterik tünd haşiyəli qonurtəhər basıq ləkələr əmələ gəlir. Yoluxmuş çiçəklər çox zaman tökülür. Gilələrdə də basıq ləkələr meydana çıxır, çox vaxt belə ləkələr qovuşur və yara əmələ gətirir. Bu halda qabıq partlayır, gilədə toxum çılpaqlaşır. Elsinoe ampelina göbələyi inkişaf tsiklində əsasən konididaşıyanlarla konidilər formalaşdırır. Xəstəliyin yayılmasında konidilərin rolu həlledicidir. Meteoroloji şərait əlverişli olduqda xəstəlik kütləvi ola bilir. Antraknoz xəstəliyi törədicisinin konidiləri damcı su şəraitində 11-40C həddində cücərir. 23-32C temperatur törədici üçün optimal hesab edilir. Bir vegetasiya müddətində patogen 25-30 generasiya verə bilir. Ədəbiyyatlarda deyilir ki, antraknoza qarşı ölkəmizdə immun sortlar yoxdur, Şirvanşahı, Qara şanı, Mədrəsə, Arna- qrna nisbətən davamlı, Təbrizi, Bayanşirə, Ağ Xəlili orta davamlı, Şamaxı mərəndəsi, Xindoqnı, Mələyi, Şafayi davamsızdır. MÜBARİZƏ TƏDBİRLƏRİ: Üzüm bitkisinin normal böyümə və inkişafını təmin edən bütün tədbirlər kompleksinə əməl edilməlidir. Bu xəstəliyə qarşı ölkə təsərrüfatlarında xüsusi mübarizə tədbirləri aparılmır. Mildyu ilə mübarizədə tətbiq edilən 1%- li bordo məhlulu, coside, mavi bakır, kvadris, ridomil Gold kimi preparatlar antraknoz xəstəliyinin də qarşısını ala bilir. ![]() ![]() ![]() ![]() Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|