Heqiqet.Az » sosial » BUĞDA BİTKİSİNİN SARI PAS XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏNİN SƏMƏRƏLİ TƏŞKİLİ


BUĞDA BİTKİSİNİN SARI PAS XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏNİN SƏMƏRƏLİ TƏŞKİLİ

20-04-2025, 18:07
Çap et
BUĞDA BİTKİSİNİN SARI PAS XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏNİN SƏMƏRƏLİ TƏŞKİLİ
İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru

Dəyərli fermerlər, iş adamları, maraqlı şəxslər, buğda bitkisi ölkəmiz üçün ən strateji bitkilərdən biri olmaqla hər il demək olar ki, 600-650 min hektar sahədə becərilir. İstehsal edilən dənin çörək bişirmə sənayesi üçün yararlılıq faizini yüksəltmək üçün müxtəlif texnologiyalar tətbiq edilir. Lakin buğda da canlı orqanizm olmaqla müxtəlif xəstəlik törədiciləri və zərərvericilərlə yoluxur. Bütövlükdə buğda bitkisində 3 pas xəstəliyi qeydə alınmışdır: gövdə və ya zolaqlı pas, qonur və sarı pas. Yayılması və zərərinə görə sarı pas nəinki Azərbaycan, eləcə də region ölkələri üçün dominantlıq təşkil edir. Buğda bitkisində sarı pas xəstəliyini Puccinia striiformis West. göbələyi törədir. Bu göbələyin müasir təsnifatda yeri aşağıdakı kimidir:
Aləm- Regnum- Fungi, Mycota, Mycetalia
Şöbə- Divisio- Basidiomycota
Sinif- Classis- Pucciniomycetes
Sıra- Ordo- Pucciniales
Fəsilə- Familiae- Pucciniaceae
Cins- Genus- Puccinia
Növ- Species- Puccina striiformis West.
Bu xəstəlik dənli bitkilərin əksəriyyətində qeydə alınsa da buğda üçün daha xarakterik olub, yarpaq, yarpaq qınları, bəzən gövdə, mil oxu, sünbül pulcuqlarını yoluxdurur. Yoluxmanın xarakterik xüsusiyyəti uredino yastıcıqlardan ibarət olan limonu sarı uzunsov zolaqların yarpaq səthində meydana gəlməsidir. Adətən uredinalar yığılmış qrup şəklində yerləşir və xlorozla müşayət olunan ləkəyə bənzəyirlər. Müəyyən müddət keçdikdən sonra yoluxma yerlərində tünd- qonur və ya qara telioyastıcıqlar formalaşır.
Göbələyin uredinosporları birhüceyrəli, açıq- sarı rəngli, şarşəkillidir. Teliosporlar uzunsov sancaqşəkilli, ikihüceyrəli, qonur ayaqcıqlıdır. Yazda xəstəlik əvvəlcə bitkinin slt, sonra isə üst yarpaqlarında əmələ gəlir. Çiçəkləmə və ya dənlərin süd yetişmə dövrü yarpaqların əhəmiyyətli bir hissəsi saralır, quruyur və tökülürlər. Bəzən tarla tamamilə rəngini dəyişir. Sarı pas xəstəliyinin törədicisi Puccinia striiformiş göbələyinin böyümə və inkişafı üçün optimal temperatur 10-13C hesab edilir. Uredinosporlar 0 C - də belə cücərə bilirlər. 20C- dən yuxarı temperaturda patogenin inkişafı zəifləyir.
Xəstəlik xüsusilə sünbüllər üçün təhlükəlidir, dən dolmur, cılız olur, kütlə baxımından yüngülləşir.
MÜBARİZƏ TƏDBİRLƏRİ:
İlk növbədə buğda bitkisinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksinə əməl edilməli, torpaq səpinə hazırlanmalı, bioloji yetişkənlik yerində olmalı, davamlı sort seçilməli, səpin oktyabrın ikinci- üçüncü öngünlüyündə başa çatdırılmalı, bölgədən asıl olaraq səpin müddətində 3-5 gün dəyişmələr ola bilər, toxum optimal dərinliyə basdırılmalı, suvarma vaxtında həyata keçirilməlidir. Böyük təsərrüfatlarda pilot suvarma lar daha səmərəlidir.Növbəli əkin dövriyyəsinə dönmədən əməl edilməlidir. Toxumlar hökmən dərmanlanmalıdır. Bu prosesi səpinə 10-15 gün qalanda etmək tövsiyyə edilir. Xarita KC 600qr/ l tiametoksama, dividend ekstrim, bombarda K C və s toxum dərmanlarından istifadə edilə bilər. Toxum dərmanı fungisid və insektisid xarakterli olsa səmərə daha böyük ola bilir.
Xəstəliyin ilkin simptomları göründükdə və ya proqnoz məlumatlarına əsaslanan aqronom profilaktiki çiləmə apara bilər. Belə çiləmələrdə tilt 0,5 l/ ha, folikur 1,0l/ha, amistar tro 0,8-1,5 kq/ha, alto super 0,5 l/ ha preparatlarından biri ilə çiləməni təşkil etməlidir. İşçi məhlulun məsarifi 400-450 l/ ha.





Reytinq: