Heqiqet.Az » idman » Bu gün Misli Premyer Liqasında XXXIII tura start veriləcək


Bu gün Misli Premyer Liqasında XXXIII tura start veriləcək

2-05-2025, 12:05
Çap et
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIII tura start veriləcək.

İlk oyun günündə bir qarşılaşma keçiriləcək. “Zirə” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq matç saat 20:00-da başlayacaq.

Bakı təmsilçisi 64 xalla 2-ci, Tovuz klubu isə 49 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları mayın 3-4-də keçiriləcək.
Reytinq: