ŞAFTALI VƏ NEKTARİNLƏRDƏ YARPAQ QIVRILMASI XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏ4-05-2025, 14:59
Çap et ![]() Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru,, AMEA-nın müxbir üzvi, professor Dəyərli bağçı fermerlər, iş adamları, aqronomlar və sadəcə maraq göstərən şəxslər, bu ilin yazında formalaşan meteoroloji şərait şaftalı və nektarinlərdə göbələk mənşəli yarpaq qıvrılması xəstəliyinin kütləvi şəkildə əmələ gəlməsinə zəmin yaratmışdır. Sizə təqdim etdiyim şəkillər də tərəfimdən bu gün çəkilmişdir. Aparılan tədqiqatlar, çoxillik müşahidə və müayinələr, ədəbiyyat məlumatlarının təhlili göstərir ki, yarpaq qıvrılması kifayət qədər təklükəli xarakter daşıyır və geniş yayılma arealına malikdir. Yaz yağmurlu və soyuq keçdikdə bu xəstəlik bağçılar üçün böyük problemə çevrilir. Müasir məlumatlara görə şaftalı və nektarinlərdə yarpaq qıvrılması xəstəliyini törədən fitopatogen göbələyin təsnifatda yeri aşağıdakı kimidir: Aləm- Regnum- Fungi, Mycota və ya Mycetaliae Şöbə- Divisio- Ascomycota Sinif- Classis- Taphrinomycetes Sıra-Ordo- Taphrinales Fəsilə- Familiae- Taphrinaceae Cins- Genus- Taphrina Növ- Species- Taphrina deformsns Tul. Bu xəstəliklə qeyd etdiyimiz kimi bitkilərin yarpaq, zoğ və nadir hallarda meyvələri yoluxur. Patoloji proses erkən yazda başlayır. Cavan, yenicə açılmış yarpaqlarda qıvrilma müşahidə edilir. Sirayətlənmiş yarpaqlar sağlamlardan fərqli olaraq , anormal qırmızı- qəhvəyi və ya parlaq sarı rəngə boyanırlar. Xüsusilə ilkin böyüməyə başlayan yarpaqlar şışır, bunun ardınca yoluxmuş zoğlar qalınlaşır, əyilir, sarı yaşıl rəng alır. Gəncə- Daşkəsən iqtisadi rayonu şəraitində yarpaq və zoğlarda qeyd etdiyimiz simptom və ya əlamətlər aprel ayının birinci dekadasının sonundan başlayaraq davam edir. Yoluxan meyvələrdə qovuğa bənzər şişlər may ayının sonlarından başlayır. Xəstəliyin əmələ gəlməsindən təxminən 2 həftə sonra xəstəlik törədicinin kisə mərhələsindən ibarət ağ mumabənzər örtük inkişaf edir. Müəyyən müddət sonra yoluxmuş yarpaqlar qonurlaşır və tökülməyə başlayır. Sirayətlənmiş meyvələr də tökülür. Daha az yoluxmuş zoğlar fizioloji proseslərdə inkişafını davam etdirir, lakin payızın sonu və qış aylarında zəif şaxtalarda belə məhv olurlar. MÜBARİZƏ TƏDBİRLƏRİ: 1. Şaftalı bitkisinin normal böyümə və inkişafını təmin edən aqrotexniki tədbirlər kompleksi dönmədən həyata keçirilməlidir, günəş şüalarının çətiri bərabər əhatə etməsi üçün ağaclara kürə forması verilməsi məqsədə müvafiqdir. 2. Bağda cərgəaraları işlənməli, alaqlarla zibillənməyə yol verilməməli, damcı suvarma sistemi işlənməli, makro və mikro gübrələrin verilməsi torpaq analizlərinin nəticələrinə əsaslanmalıdır. 3. Ağacların ştambında olan istənilən yara yerləri təmizlənməli, yerinə bağ məlhəmi çəkilməlidir. Xəstə budaqlar kəsilərkən hökmən 0,5-1,0 sm sağlam toxumaya nüfuz edilməlidir. 4. Payızın sonunda bitkilər nisbi sükunətdə olduqda və ya erkən yazda tumurcuqlar oyanmamış 3%- li bordo məhlulu ilə “ göy çiləmə” aparılmalıdır. 5. Yarpaq qıvrılması xəstəliyinə qarşı fungididlərin tətbiqi aşağıdakı müddətlərdə tövsiyyə edilir: a). tumurcuqların şışməsi dövrü; b). bundan 5 gün sonra; c). çəhrayı konus fazası Bu çiləmələr arası interval təxminən 5- 7 gündür, əks təqdirdə yoluxmanın qarşısını almaq mümkünsüzdür. Çiləmələrdə aşağıdakı fungisidlər tövsiyyə edilir: 1%- li bordo məhlulu, kocide 6-8 kq/ha, xorus 0,3 kq/ha, skor 0,2- 0,3 l/ ha. İşçi məhlulun məsarifi bitkilərin yaşı və fenofaza nəzərə alınmaqla tənzimlənir, təxminən 600- 800 l/ ha. Məndən bu qədər, təki faydalı olsun. ![]() ![]() ![]() ![]() ![]() Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|