Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucudur5-05-2025, 17:03
Çap et ![]() Ulu Öndər Heydər Əliyev həyatın bütün sahələrində, xüsusilə hüquqi, demokratik dövlət idarəçiliyinin yaradılması istiqamətində gördüyü işləri xüsusi olaraq qeyd etmək gərəkdir. O dövrdə yenicə müstəqillik əldə etmiş bir dövlətin inkişafında mükəmməl qanunvericlik bazasının yaradılması, qanunun aliliyinin təmin edilməsi mühüm şərt idi. Azərbaycan Respublikasının demokratik, milli və bəşəri dəyərlərə sadiq müstəqil dövlət kimi təşəkkülü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucudur. Və bu, uzun illər millətinə və Vətəninə dərin məhəbbətin, sədaqətin və əzmkarlıqla həyata keçirilmiş quruculuq fəaliyyətinin nəticəsidir. Ulu Öndərin birinci dəfə 1969-1982-ci illəri əhatə edən quruculuq fəaliyyəti qədim dövlətçilik tariximizin ən böhranlı dövrlərindən hesab edilən 1990-cı illərin həlledici məqamında ikinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman yeni vüsət aldı. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Azərbaycan Respublikasında siyasi hakimiyyətə Heydər Əliyevin qayıdışı Azərbaycanın nicat günü, milli kimliyimizin yenidən dərki və xoşbəxt gələcəyin ilk təməlinin qoyulduğu müstəqillik tariximizdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” sərəncamında deyilir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir” Ulu Öndər Heydər Əliyev deyirdi ki, "Təhsil həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, milli mənafelər əsasında qurulmalıdır". Bu məqsədlərə xidmət edən təhsil islahatları bilavasitə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilməyə başladı. 1969-cu ildə respublika rəhbərliyinə irəli çəkilən Heydər Əliyev mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın tərəqqisi, elm, təhsil və mədəniyyətinin yüksəlməsi üçün çox məharətlə düşünülmüş strategiya və taktika seçməyə nail oldu. Bu illər ərzində Azərbaycanda təhsilin inkişafı geniş vüsət almışdı. Məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə çıxaraq, Azərbaycan əhalisinin təhsil, ümum mədəni və intellektual səviyyəsinin yüksəldilməsində böyük rol oynadı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə "Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında", 1973-cü ildə isə "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında" qərarlar qəbul edildi. Bu qərarların icrası nəticəsində ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-ə, 1982-ci ildə isə 3750-ə çatdırıldı. Ümumtəhsil məktəblərində şagirdlərin sayı 1980-ci ildə 710 min nəfərə çatdırıldı ki, bu da 1969-cu illə müqayisədə iki dəfə çox idi. Həmin illər ərzində 5 yeni ali təhsil müəssisəsi yaradıldı və ali təhsil alanların sayı 70000 nəfərdən 100000 nəfərə çatdırıldı. Bununla yanaşı, həmin illərdə SSRİ-nin ən nüfuzlu ali məktəblərində respublikanın inkişafı üçün zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15000 nəfər ali təhsil almışdır. Bu, çox böyük nailiyyət idi. 1970-1980-ci illərdə Azərbaycanda yeni texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması həm də həmin sahələr üzrə ali və orta ixtisas təhsili müəssisələrinin, elmi tədqiqat institutlarının yaradılmasına imkan verirdi. Heydər Əliyevin 1969-cu il noyabrın 1-də Bakı Dövlət Universitetinin (o vaxtlar “Azərbaycan Dövlət Universiteti” adlanırdı) 50 illik yubileyində Azərbaycan dilində geniş nitqlə çıxışı və 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi milli mənlik şüurunun, azərbaycançılıq məfkurəsinin təşəkkülünə güclü təkan verdi. Milli oyanış, soy kökünə yeni baxış və təhsil ocaqlarında milli ədəbiyyatımızın, ana dilimizin, tariximizin və mədəniyyətimizin tədqiqini, öyrənilməsini gücləndirdi. Azərbaycanın qədim tarixinin ayrı-ayrı dövrlərində yaşayıb yaratmış məşhur azərbaycanlı alim, filosof və şairlərin həyat və yaradıcılığı geniş şəkildə tədqiq edilməyə başlanıldı, əsərləri böyük tirajla çap edildi, müxtəlif dillərə tərcümə olundu, tarixi filmlər çəkildi, beynəlxalq konfranslar, yubiley tədbirləri təşkil edildi. Azərbaycan xalqının bütün dünyaya qədim dövlətçilik tarixi və zəngin mədəniyyəti olan xalq kimi tanıdılması başlandı. 1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə gələn və 1993-cü il Prezident seçkilərində Azərbaycan xalqının 90 faizdən çox səsini qazanan Heydər Əliyev təhsil siyasətinin prioritet sahə olduğunu bəyan edərək bu istiqamətdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başladı. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev müstəqil dövlətimizin Konstitusiyasının hazırlanması ilə bağlı təşəbbüs irəli sürdü. Azərbaycan Respublikasının Milli Məclisi 6 dekabr 1993-cü il tarixli qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi altında Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının layihəsini hazırlayan komissiya yaradıldı. Müstəqil, suveren Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Ümumxalq səsverməsində qəbul edilən Konstitusiyanın 42-ci maddəsində vətəndaşların təhsil hüququ təsbit edildi. Beləliklə, təhsil sahəsində həyata keçiriləcək islahatların hüquqi əsası yaradıldı. ![]() Yaqub Piriyev, Bakl Mühəndislik Universitetinin rektoru, “Əməkdar müəllim”, “Tərəqqi” medalı laureatı Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|