Ulu Öndərin siyasəti Prezidentimiz tərəfindən uğurla davam etdirilir7-05-2025, 13:48
Çap et ![]() 1969-cu ildən ölkəmizə rəhbərlik edən Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, böyük siyasi uzaqgörənliyi ilə başlanan dövr, sürətli inkişaf strategiyası sonrakı uğurlarımızın əsasını təşkil etdi. Bu strategiya nəticəsində yaranmış böyük iqtisadi potensial 1990-1992-ci illərdə dağıdılıb bərbad hala salınsa da, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində müstəqil dövlətimiz inkişaf, tərəqqi yoluna çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çox qısa zamanda daxili və xarici bədxahların xəyanətkar planlarını alt-üst etdi, saysız-hesabsız çətinliklərə sinə gərərək dağılmaq və dünya xəritəsindən silinmək təhlükəsini yaşayan ölkəmizi tərəqqi yoluna çıxardı. "Sabitlik hər bir inkişafın əsasıdır" söyləyən ulu öndər Heydər Əliyev hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın baş alıb getdiyi o illərdə ölkədə sabitliyi, normal həyat şəraitini bərpa etmək, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan, müharibə şəraitində yaşayan respublikanı böhrandan xilas etmək üçün ciddi addımlar atdı. 1994-cü ilin mayında ümummilli liderin gərgin səyləri sayəsində atəşkəsin əldə olunması ölkəmizin bütün sahələrdə inkişafına geniş zəmin yaratdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ilk gündən ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində ciddi səylər göstərdi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı bir amal - azərbaycançılıq ideyası ətrafında sıx birləşməyə çağırdı. Bəyan etdi ki, hamımızın bir vətəni var - Azərbaycan. Harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizin tərəqqisinə, inkişafına öz töhfəsini verməlidir. İndi fəxrlə deyə bilərik ki, Avropada, Amerikada mütəşəkkil Azərbaycan-türk icmaları, birlikləri fəaliyyət göstərir. Bütün bunlar isə təməli ulu öndər tərəfindən qoyulmuş diaspor hərəkatının artıq mütəşəkkil bir qüvvə kimi formalaşmasının nəticəsidir. Ulu öndər bu gücün daha sıx tellərlə birləşməsi üçün ilk növbədə azərbaycançılıq, türkçülük ideyasının təbliğinə böyük önəm verirdi. Azərbaycanın strateji yolu olan dünya birliyində layiqincə təmsil olunmaq üçün bütün səylərin birləşdirilməsini tələb edirdi. Eyni zamanda bu birliyi ümumi problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əsas vasitə sayırdı. Dünya azərbaycanlılarının I qurultayında söylədiyi proqram xarakterli nitqində bir çox məqamlara aydınlıq gətirən və türk dövlətlərinin birliyi naminə çalışan ulu öndər Heydər Əliyev qeyd edirdi ki, son illərdə formalaşan Azərbaycan diasporunun yaranmasına böyük ehtiyacımız var. Amma bu bizim diaspor hərəkatımızın ilkin mərhələsidir. Çalışmalıyıq ki, müxtəlif dövlətlərdə yaşayan azərbaycanlılar məskunlaşdıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edib daha da güclənsinlər, o ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə, Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı problemlərinin həll olunmasına yardım etsinlər. Azərbaycan dilini yaşatsınlar. Çünki xalqları dil, milli-mənəvi dəyərlər qədər birləşdirən heç bir vasitə yoxdur. "Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam" - Ümummilli Lider Heydər Əliyev bu fikirləri ilə vətəninə, torpağına, xalqına nə qədər bağlı olduğunu açıqlayırdı. Güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçmiş və tarixi uğurlar əldə etmişlər. Təcrübə göstərir ki, dünya tarixində özünəməxsus keyfiyyətləri ilə tanınan liderləri fərqləndirən cəhətlər vardır. Birinci, liderlər cəmiyyətdə baş verən böhranlar zamanı ağlı, zəkası, siyasi biliyi və hazırlığı ilə tanınırlar. İkinci, təbiətən liderlik keyfiyyətlərinə malik olurlar. Bəziləri liderlik mühitindən qazandıqları xüsusiyyətlərinə görə seçilirlər. Bütün bu keyfiyyətləri özündə formalaşdıran və yaşadığı dövrün əvəzedilməz lideri kimi tanınan ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyətinin əsasını vətənə sədaqət, xalqa xidmət təşkil edib. Prezident kimi and içən, Azərbaycan xalqına layiq dövlət başçısı, siyasi əqidəsindən, milliyyətindən, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşın Prezidenti olacağını bəyan edən cənab İlham Əliyev arxada qalan beş ildə həm ümummilli lider Heydər Əliyevin, həm də 50 milyonluq Azərbaycan xalqının bəslədiyi etimadı doğrultdu. Məlumdur ki, insanları əvvəlcə liderin özü, sonra ideyası cəlb edir. Həm işi, həm də yüksək insani keyfiyyətləri, humanistliyi, insanlara olan səmimiliyi ilə xalqın sevimlisi olan cənab İlham Əliyevin ilk prezidentlik dövründə göstərdiyi tarixi xidmətlər olduqca çoxdur. Verdiyi vədləri əməli işi ilə yerinə yetirən cənab İlham Əliyevə ümumxalq sevgisi, etimadı və inamı 15 oktyabr 2008-ci il prezident seçkilərində bir daha təkrarlandı. Xalqın 88,73 faiz səsini qazanan cənab İlham Əliyev seçki proqramında qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdırdı. Həmin işlər isə sanbalı, səmərəsi, Azərbaycana gətirəcəyi siyasi, iqtisadi çəkisinə görə əvvəlkilərdən daha möhtəşəmdir. Azərbaycanın bu gün beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi tanınması və qəbul olunması, son illərdə iqtisadi artımın sürətinə görə dünyada birinciliyi ələ alması təbii ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətin hazırda Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir. ![]() Seymur Orucov. Ağlstafa rayon icra hakimiyyətinin başçısı Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|