Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayır7-05-2025, 13:47
Çap et ![]() Xalqın sevimlisi olmaq, milli ideala çevrilmək insanın fiziki əməyi, mənəvi zəhməti, şəxsi nümunəsi ilə hasilə gələn bir bəxşişdir, Tanrı nişanəsidir. Ulu Öndərimizin həyat və fəaliyyəti barədə çoxlu kitablar yazılmış, məqalələr dərc olunmuş, filmlər çəkilmişdir. Amma bütün bunlar Heydər Əliyev dühasını tam əhatə edə bilmir. Çünki yarım əsrə yaxın bir zaman kəsiyində dahi şəxsiyyət Heydər Əliyevin iqtisadiyyat, elm, mədəniyyət, təhsil, səhiyyə, bütövlükdə həyatın bütün sahələrində qurub-yaratdıqları, dərin düşüncəli ideyaları yalnız dünənki və bugünkü nəsillərə deyil, həm də neçə-neçə gələcək nəsillərə hesablanmışdır. Dahi insanlara xas olan bütün mənəvi keyfiyyətlər onun şəxsində qibtəediləcək kamilliklə əks olunmuşdu: dəmir iradə və fitri idarəetmə istedadı, yaradıcılıq və quruculuq, iti fəhm və dərin zəka, siyasi uzaqgörənlik və müdriklik, fenomenal yaddaş və güclü məntiq, böyük vətənpərvərlik və yüksək humanizm, ən nəhayət, dövlətçilik və azərbaycançılıq. Bu tarixə nəzər saldıqca bir həqiqəti bütün varlığımızla dərk edir, Heydər Əliyev dühasının milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini daha aydın görürük. Heydər Əliyev çağdaş və gələcək tariximizdə təkcə milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş lider kimi deyil, eyni zamanda həm də yaratdığı dövləti böyük əzmlə hər cür qəsdlərdən qoruyan, möhkəmliyini, dayanıqlığını təmin edən, onun hərtərəfli inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəmin hazırlayan böyük strateq, müdrik rəhbər olaraq əbədiyaşarlıq qazanıb. "Mən həyatımın heç bir səhifəsindən imtina etməmişəm" - deyən Ümummilli Lider bütün həyatı boyu qəti və aydın şəkildə müəyyənləşdirilmiş yüksək prinsipləri və amalları, mənəvi dəyərləri rəhbər tutmuşdur. Bütövlük, tamlıq, ardıcıllıq, ədalətlilik, prinsipiallıq onun xarakterinin mühüm cəhətləri idi. Ümummilli Liderimiz həyatının bütün mərhələlərində öz ali məqsədini - mənsub olduğu xalqa və cəmiyyətə sadiq, vicdanlı və əzmkar xidmət prinsiplərini rəhbər tutmuş və bu yoldan heç zaman dönməmişdir. İllər bir-birini əvəz etdikcə Ümummilli Liderimizin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq, qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu. Ulu Öndərin sayəsində müstəqil Azərbaycan Respublikası azərbaycançılıq fəlsəfəsi əsasında qısa müddətdə tanınıb möhkəmləndi, inkişaf etmiş dünya ölkələri ilə əlaqələr qurdu, bütün sahələrdə uğurlar əldə etdi, öz haqqını dünyanın ən ali məclis və təşkilatlarında nümayiş etdirdi, dünya ölkələri iqtisadi və siyasi böhran keçirdiyi bir dövrdə inkişafa nail oldu. Ulu öndər Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaqdır. Dahi rəhbər xalqımızın ən çətin anında - sovet imperiyasının dağıldığı, ölkənin parçalandığı, xalqın ruhdan düşdüyü bir dövrdə siyasi meydana xalqın xilaskarı kimi daxil oldu. Ulu Öndər torpaqların itirildiyi, qaçqın və köçkünlərin artdığı bir zamanda Azərbaycan xalqına ruh verdi, onu müstəqil Azərbaycan uğrunda qələbəyə apardı. Bu dahi insan XX əsrin 60-cı illərindən ömrünün sonuna qədər məqsədyönlü və ardıcıl fəaliyyət göstərdi, xalqımızın nəyə qadir olduğunu nümayiş etdirdi, insanlarda azadlıq, müstəqillik ruhunu yüksəltdi, təhlükə qarşısında qalan müstəqilliyimizi qorumaq və möhkəmləndirmək üçün özünü qadir sərkərdəyə, xalqı isə cəsur əsgərə çevirməyi bacardı. Ümummilli Liderimiz müstəqil Azərbaycan Respublikası qurulduqdan sonra dövlətin müxtəlif istiqamətlərdə fəaliyyətini müəyyənləşdirdi, onlar arasında əlaqəni yaratdı. Azərbaycan Konstitusiyasının müəllifi olan dövləti və xalqı müdafiə etməyə qadir olan ordu yaratdı, dağılmış iqtisadiyyatı dirçəltmək istiqamətində güclü iş apardı, Azərbaycanın siyasi və iqtisadi istiqamətlərdə aparıcı ölkələrlə bağlılığını təmin etdi. Azərbaycanın geosiyasi və tarixi şəraitə uyğun siyasətini müəyyənləşdirdi, enerji ehtiyatlarından xarici siyasətdə bacarıqla istifadə etdi, xalqımızın zəngin mədəniyyətini qorumaqla onu dünya xalqlarına tanıtdı. Ən önəmlisi, balanslaşdırılmış xarici siyasətin əsasını qoydu. Sevindirici haldır ki, bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. ![]() Elvin Paşayev, Göygöl rayon icra hakimiyyətinin başçısı Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|