Elnarə Rəsulova: Azərbaycan xalçaçılığı bütün dünyada məşhurdur8-05-2025, 11:35
Çap et ![]() Bu barədə Ankarada keçirilən Beynəlxalq İslam Sənəti Sərgisində dörd incəsənət xadimi arasında ölkəmizi təmsil edən Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulova deyib. O qeyd edib ki, Türkiyə paytaxtında keçirilən sərgi iştirakçılarına dini mövzu da daxil olmaqla, çoxsaylı xalçalar və miniatürlər təqdim edilib. “Azərbaycan xalçaları bütün dünyada məşhurdur. Əlamətdar haldır ki, Azərbaycan xalçaçılıq məktəblərinin əsərləri bu gün aparıcı xarici muzeylərin kolleksiyalarında saxlanılır. Qarabağ xalçaları xüsusilə sevilir və populyardır”, - deyə rəssam bildirib. Onun sözlərinə görə, iki Azərbaycan xalçası stendi ziyarət edən Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğana hədiyyə olaraq təqdim olunub. O xatırladıb ki, Azərbaycan xalçaları, o cümlədən onun əsərləri əvvəllər Türkiyənin müxtəlif şəhərlərində nümayiş etdirilib. “Ən son sərgilər arasında ötən ilin dekabrında İstanbulda “Qarabağdan İstanbula” adlı sərgi təşkil olunub. Bu layihə davam etdiriləcək. Növbəti sərgi İtaliyada baş tutacaq”, - deyə o qeyd edib. Qeyd edək ki, Azərbaycan sərgi stendi mayın 11-dək “ATO Congressium” Mərkəzində ziyarət üçün açıqdır. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|