Heqiqet.Az » sosial » "Gələcək Gənclərlə Gələcək-2" adlı tədbir keçirildi...


"Gələcək Gənclərlə Gələcək-2" adlı tədbir keçirildi...

17-05-2025, 19:20
Çap et
Bu gün Bakı Biznes Universitetində "Konstitusiya və Suverenlik ili" iıə əlaqədar, tədbirlər planına uyğun olaraq, "Reha" Təlim Təhsil Mərkəzinin təşkilatçılığı və Bakı Biznes Universitetinin tərəfdaşlığı ilə “Gələcək Gənclərlə Gələcək-2” adlı tələbəyönümlü layihə baş tutdu. Layhiyənin rəhbəri Forumun təşkilində xüsusi xidməti olan, neçə-neçə gənci və onların yolgöstərənlərini bir araya gətirən, öz işığı ilə hər kəsin yolunu nurlandıran "REHA" Təlim və Təhsil Mərkəzinin təsisçisi İlhamə xanım Axundova layhiyə haqqında geniş məlumat verdi. İlhamə Axundova "Gələcək Gənclərlə Gələcək-2 " layhiyəsinin həyata keçirilməsində, potensiallı gənclərimizin tanınmasında xüsusi dəstək göstərən Bakı Biznes Universitetinin Filologiya elmləri üzrə fəlsəfə doktoru Reyhan Dadaşovaya xüsusi təşəkkürlərini bildirdi.
Layihənin ideyası Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin davamı olaraq, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunda formalaşmasına, ictimai fəallığının artmasına və intellektual potensialının üzə çıxarılmasına xidmət edir. Əsas məqsəd gənclərdə Azərbaycançılıq ideologiyasına sadiqlik, dövlətçilik təfəkkürü və milli mənəvi dəyərlərə bağlılıq hisslərini gücləndirməklə yanaşı, onların şəxsi və ictimai bacarıqlarını inkişaf etdirməkdir. Gənclərin auditoriya qarşısında çıxış etmək, öz fikrini azad və məntiqli şəkildə ifadə etmək bacarıqlarını formalaşdırmaq, həmyaşıdlarına örnək olacaq çıxışçılar vasitəsilə bu istiqamətdə motivasiya yaratmaq layihənin əsas hədəflərindəndir.
Azərbaycançılıq ideologiyası milli birliyimizin təməlidir. Layihə çərçivəsində biz, gənclərə bu ideyanın mahiyyətini–dilimizə, tariximizə, dövlətçiliyimizə, milli dəyərlərimizə sadiq olmağın vacibliyini aşılamağı, onları Vətənə
bağlı, ölkəsinin gələcəyi üçün məsuliyyət daşıyan fərdlər kimi yetişdirməyi qarşıya məqsəd qoyuruq.
Ulu Öndər Heydər Əliyev hər zaman gəncliyə xüsusi diqqət göstərmiş və “Gənclər bizim gələcəyimizdir” deyərək, onların inkişafını dövlət siyasətinin prioritet istiqamətinə çevirmişdir. Bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gənclərə yaradılan imkanlar ölkəmizin hərtərəfli inkişafında onların rolunu daha da artırır. Biz də bu layihə ilə həmin dövlət siyasətinə dəstək verməyi və onu təhsil mühitində fəal şəkildə reallaşdırmağı qarşıya məqsəd qoyuruq.
Layihənin əsas istiqamətləri aşağıdakılardır:

Gənclərə Azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin aşılanması;

Heydər Əliyev irsinin və gənclər siyasətinin təbliği;

Tələbələrin özünüifadə, təqdimat və ictimai çıxış bacarıqlarının inkişafı;

Liderlik, təşəbbüskarlıq və sosial məsuliyyət duyğusunun gücləndirilməsi;

Qalib xalqın gəncləri olaraq, postmüharibə dövründə milli həmrəylik və vətənpərvərlik ruhunun möhkəmləndirilməsi.

Layihə çərçivəsində çıxış edəcək gənclər-fəal, təşəbbüskar və potensiallı tələbələr olmaqla, həmyaşıdları üçün nümunə rolunu oynayacaq, eyni zamanda milli ruhda yetişmiş yeni nəslin formalaşmasına xidmət göstərəcəklər.
Əminik ki, “Gələcək Gənclərlə Gələcək”-2 layihəsi tələbələrin mənəvi, intellektual və ictimai inkişafına mühüm töhfə verəcək, təhsil və tərbiyə mühitinə yeni ruh qatacaqdır.
Tədbirin fərqli tərəflərindən biri də odur ki, hər dəfə fərqli universitetlərdə təhsil alan tələbələr də maraqlı və aktual mövzularda çıxış edirlər.
Forumun qonaqları biri-birindən maraqlı və cəmiyyətimiz üçün yararlı olan mövzularda çıxışlar etdilər.
Forumda ilk söz Bakı Biznes Universitetinin Prorektoru Cavidan Heydərova verildi. Cavidan Heydərov Biznes Universitetinin bu cür maarifləndirici, cəmiyyət üçün faydalı layihələri daim dəstəklədiyini bildirdi.
Sonra söz Millət vəkili, filologiya elmləri doktoru, dosent Elnarə Akimovaya verildi.
Tədbirdə çıxış edən dəyərli ziyalılar-Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydərov, Bakı Biznes Universitetinin Humanitar Fənlər Kafedrasının müdiri Sabir Əmirxanov, Humanitar Fənlər kafedrasının müəllimi, Filologoya elmləri üzrə fəlsəfə doktoru Reyhan Dadaşova, Yazıçı-publisist Aqşin Yenisey, Sumqayıt şəhər Müəllimlərin Tərəqqi Platformasının rəhbəri Günel Mirzəyeva, Dövlət İmtahan Mərkəzinin əməkdaşı-pedaqoq, içtimai şəxs Ülvi Qədir, Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakültəsi, Azərbaycan və Şərqi Avropa Xalqları Tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov, Bakı Dövlət Universitetinin Tarix elimləri üzrə fəlsəfə doktoru İradə Əlili, Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi, yazıçılar birliyinin üzvü şair-publisist Aysel Fikrət “Gələcək Gənclərlə Gələcək”-2 forumunda
gələcəyimizi formalaşdıran ən əsas qüvvədən–
gəclikdən danışdılar.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Gənclər bizim gələcəyimizdir”. Onlar, bu gün bu gələcəyin necə bir gələcək olacağını müəyyən edən amillərə birlikdə nəzər saldılar.
Bu gün, dəyərli ziyalılar bir daha tələbələrimizin timsalında müasir Azərbaycan gəncinin savadının, dünyagörüşünün, bacarığının şahidi oldular. Elə bir dövrdəyik ki, bilik sadəcə məlumat deyil, gücdür.
Bugünkü Azərbaycan dövləti bu sahəyə xüsusi diqqət yetirir.
Ümummilli lider Heydər Əliyev siyasətində gənclərin təhsili hər zaman prioritet olmuşdur. Xaricdə təhsil proqramları, yeni universitetlər, innovativ layihələr-bunlar sadəcə başlanğıcdır.. Müasir gənclər öz bilikləri və təşəbbüsləri ilə artıq cəmiyyətin aparıcı qüvvəsinə çevrilirlər.
Bugünkü lider gənc–təşəbbüskar, çevik, empatik və sosial məsuliyyətli olmalıdır. Gəncin ən böyük gücü–özünə inamıdır. Bu inam olmasa, nə təhsil, nə də liderlik heç bir əhəmiyyət daşımaz.
Müasir Azərbaycan Gənci artıq yalnız gələcəyin deyil, bu günün də söz sahibidir.
Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Gəlin, bu siyasətin daşıyıcısı olaraq, təhsilli, lider və özgüvənli gənclər olaq. Gələcəyimizi bir yerdə quraq.

"REHA" Təlim və Təhsil Mərkəzinin mətbuat xidməti










Reytinq: