Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin gənc əməkdaşları ilə daha bir uğura imza atdıq2-06-2025, 22:43
Çap et Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru,, AMEA-nın müxbir üzvi, professor Dəyərli dostlar, bu gün rəhbərlik etdiyim Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin gənc əməkdaşları ilə daha bir uğura imza atdıq. Bakıda 300 tirajla nəşr edilən “Dənli- taxıl və Texniki bitkilərin zərəvericiləri” adlı kitabımız işıq üzü gördü. Kitab rəngli fotoşəkillər də daxil olmaqla 192 səhifədən ibarətdir. Qeyd etdiyimiz kitab aqronomluq istiqaməti üzrə təhsil alan bakalavr və magistrantlar, doktorantlar, mütəxəssislər, müəllimlər və fermerlər üçün nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, zərərli həşəratlardan bəhs edən “ Kənd təsərrüfatı entomologiyası” kitabı 1986- cı ildə yazıldığından mənəvə cəhətdən də köhnəlmişdir. Biz yazdığımız kitabı mərhum akademik Siddiqə Rza qızı Məmmədovanın əziz xatirəsinə ithaf etmişik. Bundan əvvəl isə 2024- cü ildə “ Bitkilərin xəstəlikləri, onların idarə edilməsi”, “ Meyvə bitkilərinin zərərvericiləri”, “ Tərəvəz bitkilərinin zərərvericiləri” “ Əkinçilik və bitkiçiliyin əsasları” kitablarımız işıq üzü görmüşdür. Zəhməti keçən hər kəsə təşəkkürlər, dəyərli gənclər, mən Sizlərlə qürur duyuram! Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
