Milli Qurtuluş Günü müasir dövrümüzün qürur səlnaməsi kimi qiymətləndirilir13-06-2025, 12:40
Çap et ![]() Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkə məhv olmaq təhlükəsi ilə yanaşı dərin ictimai-siyasi və iqtisadi böhran məngənəsindən xilas oldu: “Beləliklə ölkəmiz yeni bir mərhələyə inkişaf yoluna çıxdı. Bu baxımdan da 15 iyun 1997-ci ildə Milli Məclis tərəfindən Milli Qurtuluş Günü elan olunması haqqında qərar qəbul edilib. Sözsüz ki, 1991-ci illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi ilə yanaşı ölkə daxilində siyasi böhran, xaos hökm sürürdü. Dövlətçilik anlayışı olmayan qüvvələrin hakimiyyətdə olması Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Ağır və acınacaqlı olan bu dövr 1993-cü ilin iyun ayında özünün kulminasiya nöqtəsinə çatmışdı. AXC-Müsavat cütlüyün səriştəsizliyi, kreslo davası, ölkənin ayrı-ayrı silahlı qrupların əlində sanki bir oyuncağa çevrilməsi xalqımızın sabaha olan inamını itirmişdi. Sadə vətəndaşlar normal yaşayış hüququndan məhrum olmuş, fundamental hüquq və azadlıqlar ayaqlar altına salınmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən strategiyası nəticəsində bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətə çevrilib: “Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlanılıb. Eyni zamanda bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında cəbhədə atəşkəs əldə edildi. Atəşkəsin əhəmiyyəti onda idi ki, məhz bu sazişdən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və əldə edildi. Bu uzaqgörən siyasətin reallaşması nəticəsi olaraq Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyaraq ölkəmiz regionda lider dövlətə çevrilməsi təmin olundu. Ulu Öndərin Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi və praqmatik siyasəti nəticəsində Azərbaycan daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində nəticəsində işğal altında olan torpaqlarımızı erməni təcavüzündən azad edildi, bütün ərazilərimiz üzərində konstitusiya quruluşu təmin edildi. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin mühüm mərhələsinin bu günki inkişaf və müstəqil, güclü dövlət anlayışının bərqərar olunduğu dövrün başlanğıcı hesab edilir. Bu mənada Milli Qurtuluş Günü müasir dövrümüzün qürur səlnaməsi kimi qiymətləndirilir. Məhz 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan yox olmaqdan xilas oldu. ![]() İlqar Əliyev, Azərbaycan İdman Akademiyasının Məşqçilik təhsil proqramının rəhbəri,, dosent, Əməkdar məşqçi, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Azərbaycan bayrağı” və bir çox mükafatlar laureatı Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|