Azərbaycanın əməkdar artistinin vəziyyəti ağırlaşdı22-10-2015, 13:45
Çap et
![]() Teatrşunas Əjdər Dadaşovun verdiyi məlumata görə, dünən saat-22:00 radələlərində əməkdar artistin vəziyyəti ağırlaşıb. Gülnar Salmanova övladı Elçin tərəfindən 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin ilkin tibbi müayinəsinə görə, əməkdar artist Gülnar Salmanova daxili qanaxma keçirib. Oktyabrın 19-da Gülnar Salmanovanın vəziyyəti lap ağır idi. 3 gün idi ki, nəzarətdə olub. Həkimlər lazımi köməkliyi edirlər. Əməkdar artistin dili tutulub, danışa bilmir. Xərçəng və şəkərli diabetdən əziyyət çəkən Gülnar Salmanovanın vəziyyəti bir neçə ildir ki, ağırdır. Hələ ötən il əməkdar artist evində huşsuz vəziyyətdə tapılmışdı. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
Təqvim
|