Heqiqet.Az » sosial » "QƏLBİN 3 SƏHNƏSİ" – Azərbaycanda ilk dəfə Psixoloji Tamaşa və İnteraktiv Təlim formatında sosial layihə keçiriləcək


"QƏLBİN 3 SƏHNƏSİ" – Azərbaycanda ilk dəfə Psixoloji Tamaşa və İnteraktiv Təlim formatında sosial layihə keçiriləcək

6-11-2025, 17:56
Çap et
29 noyabr 2025-ci il tarixində saat 11:00 da, TOTEM PSİXOLOGİYA MƏRKƏZİNİN VƏ FIRST SHINE şirkətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində psixoloji sağlamlıq və şəxsi inkişaf baxımından önəmli və fərqli bir layihə gerçəkləşəcək.

Bu layihə sıradan bir teatr deyil. Burada psixoloji travmalar teatr dili ilə səhnələşdirilir və hər bir tamaşadan sonra klinik psixoloq Lalə Həmidli tərəfindən o mövzu elmi əsaslı izah edilir, izləyicilərə həm anlama, həm də tətbiq etmə bacarıqları qazandırılır.

“Qəlbin 3 Səhnəsi” layihəsinin məqsədi – valideynləri, gəncləri və psixoloji mövzulara həssaslığı olan hər kəsi düşündürmək, maarifləndirmək və emosional şəkildə oyatmaqdır.

Valideyn olanlar üçün bu tədbir bir güzgü rolunu oynayacaq – övladları ilə münasibətlərində, tərbiyə prosesində bilmədən buraxdıqları yanlışları fərq etməyə kömək edəcək. Özü valideyn travması yaşamış şəxslər üçün isə bu layihə özlərini tanımaq və müəyyən psixoloji travmalardan qurtulmaq üçün dəyərli bir fürsət olacaq.

Bu unikal tədbirə qatılmaqla siz həm emosional bir təcrübə yaşayacaq, həm də həyatınıza tətbiq edə biləcəyiniz elmi psixoloji biliklərə yiyələnəcəksiniz.

Psixoloji Teatr üç fərqli mövzudan ibarət olacaq

1. Uşaqlıq travmaları : Borderline şəxsiyyət tipi, itirmə qorxusu və asılılıq
2. Münasibətlər : Narsist və Psixopat həyat yoldaşı
3. Daxili gərginlik : Depressiya, Həyəcan-təşviş və Obsessiv Kompulsiv Pozuntu

Bu layihədə valideyn və fərd olaraq özümüzlə üzləşəcəyimiz psixoloji səhnələrdə məqsəd cəmiyyətin psixoloji rifahına töhfə vermək, maarifləndirmə aparmaq və fərqli auditoriyalarda dərin emosional düşüncələrin və bağların yaranmasına səbəb olmaqdır.

Bilet əldə etmək üçün qeydiyyat linki

https://forms.gle/eatqyghU4ytGyaZT9

Məkan: Nizami Kino Mərkəzi
Tarix: 29 noyabr 2025
Saat: 11:00
Təşkilatçılar: TOTEM Psixologiya Mərkəzi & First Shine MMC
Əlaqə və bilet əldə etmək üçün: 077 188 23 23
Reytinq: