ENERJİ TƏHLÜKƏSİZLİYİ VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR11-11-2025, 14:36
Çap et Azərbaycan Respublikası Cənub qaz dəhlizi yaratmaqla qonşu Türkiyə və Gürcüstanın, həmçinin Avropa dövlətlərinin qaz təminatının əhəmiyyətli hissəsini təmin etmiş oldu. Bu dəhlizə genişləndirililmiş Cənubi Qafqaz boru kəməri, TANAP və TAP boru kəmərləri sistemi daxildir. Cənub qaz dəhlizi Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan qazın Səngəçal terminalından başlayaraq Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya ərazilərindən keçməklə Adriatik dənizinin dibi ilə İtaliyaya çatdırılmasını təmin edir. Qlobal istiləşməni 1,5C civarında saxlamaq üçün Azərbaycan dövləti 2030-cu ilə qədər karbon emissiyasını 35% azaltmaq, enerji balansında bərpa olunan enerji payını 30%-ə qaldıraq öhdəliyini götürmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev 2021-ci ildə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsini “yaşıl enerji” zonasına çevrilməsi üçün sərəncam vermişdir. Son 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası, istifadəyə verilmişdir, gücü 240 MVt olan günəş elektrik stansiyası, Araz çayı üzərində gücü Azərbaycan tərəfi üçün 140 MVt olan 2 su elektrik stansiyası tikilməkdədir. Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan “Yaşıl enerji”nin Avropa ölkələrinə nəşli üçün Qara dənizin dibi ilə kabel çəkilişi Gürcüstan, Macarıstan, Rumıniya dövlətləri ilə bircə layihələndirilmiş, yaxın vaxtlarda həyata keçiriləxəkdir. Beləliklə, Azərbaycan Respublkası Avropa dövlətlərini bərpa olunan və bərpa olunmayan enerji ilə təmin etməkbu bu dövlətlərin enerji təhlükəsizliyində iştirak etmiş olur. Bu nəticəetibarı ilə beynəlxalq münasibətlərin gərginləşməsinə yox, bidavasitə sağlamlaşmasına xidmət edir. Əməkdaşlığın digər formalarına, mədəni, humanitar, iqtisadi, siyasi sahədə dövlətlərin yaxınlaşmasına, bir araya gəlməsinə stimul verir. ![]() Məsum Kamal oğlu Əliyev, Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq mərkəzinin Bölmə müdiri 10.11.2025 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

