DİNİ-ETNİK MÜXTƏLİFLİK VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR18-11-2025, 13:07
Çap et Müasir dövrdə dini-etnik müxtəliflik beynəlxalq münasibətlərdə antoqonizmin səbəblərindən biridir. Ümumiyyətlə dini-etnik müxtəliflik tarix boyu münaqişə, bəzən müharibə mənbəyi olmuşdur. Əslində təbiətdə biomüxtəliflik zənginlik, ahəngdarlıq, gözəllik, simbioz yaradırsa, cəmiyyətdə dini-etnik müxtəliflik fərqli mədəniyyətlər, fərqli adət-ənənələr, fərqli həyat tərzi, fərqli düşüncə tərzi təqdim etməklə rəngarəng palitra yaradır, plüralizmi təmin edərək həyatı daha maraqlı edir, necə deyərlər “gör-götür dünyası” formalaşdırır. Səmavi dinlər arasında antoqonist ziddiyyətlər olmadığı halda, bəzən süni surətdə dinlər qarşıdurma predmetinə çevrilir.Hal-hazırda xristian-islam qarşıdurmasının təzahürləri açıq-aşkar görünməkdədir. Özünü demokratiya, mədəniyyət mərkəzi sayan Fransada islam dininin banisi Məhəmməd peyğəmbərin karikaturasının çəkilməsi və tirajlanması, yəhudi qəbristanlığında qəbirüstü abidələrin sındırılması, məscidlərə donuz başının asılması, islamın müqəddəs kitabı Quranın yandırılması, iş yerlərində, universitetlərdə hicabın qadağan edilməsi baş vermişdir. Oxşar hadisələr Avropanın digər dövlətləri İsveç, Norveç, İsveçrə kimi dövlətlərdə də qeydə alınmışdır. Dini təəssübkeşliyin ifrat dərəcədə olması əksər hallarda sosial ədalət prinsipinin pozulması, beynəlxalq hüququn pozulması, II-li standartların meydana çıxması ilə müşayiət olunur. Belə faktlar beynəlxalq təşkilatlarda, qərar qəbul edən orqanlarda olduqda xüsusilə təhlükəlidir. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 1992-ci ildə yaradılmış ATƏT-nin Minsk qrupu 30 ilə yaxın müddət ərzində nəinki münaqişəni həll etməmiş, hətta işğalçıya işğalçı adını verməmiş, münaqişəni dondurub işğalı əbədi etmək yolunu tutmuşdu. Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi, 20 sentyabr 2023-cü ildə antiterror əməliyyatı apararaq Ermənistan silahlı qüvvələrindən tam təmizləmişdir. Azərbaycan Respublikası çoxmillətli, çoxkonfesiyalı dövlətdir. 2019-cu il statistik məlumata əsasən mill azlıqlar, etnik icmalar əhalinin 9,4%-ni təşkil edir. Bunlar say tərkibinə görə sıralandıqda ləzgilər və ruslar, ermənilər və talışlar, avarlar və axıska türkləri, tatarlar və ukrainalılar, saxurlar və gürcülər, kürdlər və tatlar, yəhudilər və udilər və sairədir. Azərbaycanda 39 dini və etnik icma dövlət qeydiyyatından keçmişdir. Milli azlıqların hüquqları 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında 25-ci və 44-cü maddələrdə göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərsizliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irgi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 44-cü maddəsinə əsasən “hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirilməyə məcbur edilə bilməz”. Milli alıqlar icma mərkəzi, assosiasiyalar, cəmiyyətlər, milli-mədəni mərkəzlər yaratmışlar. Bu mərkəzlər vasitəsi ilə milli mentalitetin qoruyub saxlanması, mədəniyyətin inkişafı, icmaların digər qayğılarının həlli koordinasiya olunur. Azərbaycan dövləti beynəlmiləlçilik ənənələrinə sadiq qalaraq dini-etnik icmaların inkişafı, onların məbədlərinin saxlanılması üçün ölkə ərazisində olan katolik, pravoslav, qriqorian kilsələrinin, sinaqoqların, məscidlərin, digər ibadət və ziyarətgahlar üçün hər il dövlət büdcəsindən vəsait ayırır və həyata keçirir. Heydər Əliyev Fondu Vatikanda xristian məbədlərindən katakombaların bərpasında maddi vəsaitlə iştirak etmişdir. Azərbaycanda dini-etnik tolerantlıq həyat tərzinə çevrilmiş dünyaya nümunə olacaq səviyyədədir. Təsadüfi deyil ki, Azərbaycanda xristianlar, müsəlmanlar, yəhudilər biri-birinin bayram və mərasimlərində iştirak etməsi adət-halına almışdır. ![]() Məsum Kamal oğlu Əliyev, Kürdəmir rayon Karrar Ailə-Sağlamlıq mərkəzinin bölmə müdiri 15.11.2025 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Müasir dövrdə dini-etnik müxtəliflik beynəlxalq münasibətlərdə antoqonizmin səbəblərindən biridir. Ümumiyyətlə dini-etnik müxtəliflik tarix boyu münaqişə, bəzən müharibə mənbəyi olmuşdur. Əslində təbiətdə biomüxtəliflik zənginlik, ahəngdarlıq, gözəllik, simbioz yaradırsa, cəmiyyətdə dini-etnik müxtəliflik fərqli mədəniyyətlər, fərqli adət-ənənələr, fərqli həyat tərzi, fərqli düşüncə tərzi təqdim etməklə rəngarəng palitra yaradır, plüralizmi təmin edərək həyatı daha maraqlı edir, necə deyərlər “gör-götür dünyası” formalaşdırır. Səmavi dinlər arasında antoqonist ziddiyyətlər olmadığı halda, bəzən süni surətdə dinlər qarşıdurma predmetinə çevrilir.