Azərbaycan millisinin sabiq baş məşqçisi: “Qarabağ” Çempionlar Liqasında cəsarətli futbol oynayır20-02-2026, 12:30
Çap et Bu sözləri vaxtilə Azərbaycan millisində baş məşqçi işləmiş xorvatiyalı Nikola Yurçeviç deyib. O, Ağdam klubunun Çempionlar Liqasında cəsarətli və hücumameyilli futbol nümayiş etdirdiyini bildirib. “Komanda öz oyun fəlsəfəsinə sadiq qaldı. Bu, çox müsbət haldır. Son iki qarşılaşmada isə müəyyən yorğunluq hiss olunurdu. Xüsusilə yüksək keyfiyyətə və fiziki gücə malik iki İngiltərə təmsilçisinə qarşı oynamaq asan deyildi. Bu komandalar hazırda Avropa futbolunda ən güclülər sırasındadır və əla formada olduqda onlara qarşı mübarizə aparmaq çətindir. Buna baxmayaraq, hesab edirəm ki, “Qarabağ” çox yaxşı təsir bağışladı. Baş məşqçi Qurban Qurbanov və azarkeşlər komandanın çıxışı ilə fəxr edə bilərlər. Son iki məğlubiyyət üzücü olsa da, bu oyunlar komanda üçün dəyərli təcrübə oldu. Bu səviyyədə hər bir səhv dərhal cəzalandırılır və gələcəkdə müdafiədə daha diqqətli olmaq vacibdir. Ümumilikdə, “Qarabağ” sübut etdi ki, nisbətən kiçik büdcə ilə də Çempionlar Liqasında rəqabət aparmaq və baxımlı futbol sərgiləmək mümkündür”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
