Serbiya Prezidentinə sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər saxlanıldı24-02-2026, 11:15
Çap et Bu barədə Serbiyanın Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Açıqlamada qeyd olunub: “Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) saxlayıb. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunu zorla dəyişdirmək, silah əldə etməklə yüksək dövlət orqanlarını devirmək, həmçinin Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına, eləcə də Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdində şübhəli bilinirlər.” Şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi isə Kralevodakı Ali Prokurorluğa göndəriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
