XİN: Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib13-04-2026, 14:12
Çap et Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək. Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır. Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və ikihəftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir. Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
