Azərbaycandan olan aykido ustaları Ankarada keçirilən idman festivalında18-05-2026, 14:34
Çap et Azərbaycan da daxil olmaqla, 16 ölkədən olan aykido ustaları bu döyüş sənətini inkişaf etdirmək və populyarlaşdırmaq məqsədilə Ankarada keçirilən idman festivalında iştirak ediblər.Proqram çərçivəsində təlimlər və dərslər keçirilib, magistr dərəcəsi (dan) almaq üçün imtahanlar təşkil olunub. Ölkəmizi tədbirdə “Azərbaycan-Avrasiya Aykido və Budo Mərkəzi”nin doqquz sensei və tələbəsi təmsil edib. Mərkəzin prezidenti, 7-ci dərəcəli qara kəmər sahibi Nazim Əliyevin sözlərinə görə, Azərbaycan ənənəvi olaraq beynəlxalq festivallarda iştirak edir. “Aykido rəqibi məhv etməyin yolu deyil, harmoniyaya, sülhə və birliyə aparan yoldur. Ən böyük nailiyyət öz aqressiyaya qalib gəlməkdir. Aykido həyat fəlsəfəsidir”, - deyə o qeyd edib. N.Əliyev bildirib ki, rəhbərlik etdiyi mərkəz Azərbaycan gəncləri arasında aykidonun populyarlaşdırılmasına və sağlam həyat tərzinin təşviqinə xüsusi diqqət yetirir. Qeyd edək ki, Yaponiyanın Türkiyədəki səfiri Tamura Masami 300-dən çox aikido təlimatçısı və tələbəsinin qatıldığı festival məkanını ziyarət edib. Müxtəlif ölkələrdən fəaliyyət göstərən aykido mütəxəssislərini bir araya gətirən beynəlxalq festivallar 2011-ci ildən bəri keçirilir, onlar bu müasir döyüş sənətinin fundamental prinsiplərini təlim keçmək, təcrübə mübadiləsi aparmaq və birgə araşdırmaq imkanı yaradır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan da daxil olmaqla, 16 ölkədən olan aykido ustaları bu döyüş sənətini inkişaf etdirmək və populyarlaşdırmaq məqsədilə Ankarada keçirilən idman festivalında iştirak ediblər.