YAP Qadınlar Şurasının keçmiş sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva vəfat edibBu gün, 17:02
Çap et Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının keçmiş sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva vəfat edibNurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini Bakı Dövlət Universitetində (BDU) davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra – 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür. O, 12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009–2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olub. Nurlana Əliyeva 23 iyun 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru vəzifəsini icra edib. O, sabiq deputat Hadi Rəcəbli ilə qudadır. Allah rəhmət eləsin! İlkin Əzizxanoğlu "Heqiqet.az" saytının baş redaktoru Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞR11:41
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
