Heqiqet.Az » dunya » Bundestaqın daxili şəbəkəsi haker hücumuna məruz qalıb


Bundestaqın daxili şəbəkəsi haker hücumuna məruz qalıb

18-05-2015, 12:56
Çap et
Bundestaqın daxili şəbəkəsi haker hücumuna məruz qalıb
Almaniya Bundestaqı naməlum hakerlərin hücumuna məruz qalıb.
Heqiqet.az-ın “Qazeta”ya istinadən verdiyi xəbərə görə, Bundestaq nümayəndəsi Ernst Hebker daxili internet şəbəkəsinə hücum olduğunu bildirib. O deyib ki, hazırda hücumun nəticələrinin aradan qaldırılması üzrə işlər görülür.
Mütəxəssislər hücum nəticəsində parlamentin daxili internet şəbəkəsinə ciddi ziyan dəydiyini qeyd edirlər. Hadisə ilə bağlı Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin əməkdaşları araşdırma aparır.
Reytinq: