Rüşvət alan kollec işçilərinin istəyi reallaşmadı - MƏHKƏMƏ21-05-2015, 16:28
Çap et Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Sosial İqtisadi Kollecinin işçiləri - İlqar Əzizov, Şahin Mirzəhəmədovun verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərarə əsasən, şikayət təmin edilməyib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Sosial İqtisadi Kollecdə keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsü Rafiq Yunusov saxlanılıb. Əməliyyat zamanı adı çəkilən şəxslərin əllərində rüşvət üçün verilən pullar tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Əzizov və Şahin Mirzəhmədov 4 il, Rafiq Yunusov isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İlqar Əzizov və Şahin Mirzəhmədov hökm ilə razılaşmayaraq apellyasiya şikayəti verib. Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər arasında olan kollec direktoru M.Mahmudov dünyasını dəyişdiyi üçün onun barəsindəki cinayət işinə xitam verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Sosial İqtisadi Kollecinin işçiləri - İlqar Əzizov, Şahin Mirzəhəmədovun verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.