"iPhone"da bunu heç vaxt etməyin!12-02-2016, 11:27
Çap et ![]() "Apple" brendindən olan telefonunuzda tarixi 1970-ci il 1 yanvar-a təyin etməyin. Əgər telefonunuzda səhvən və ya bilərəkdən tarix olaraq 1 yanvar 1970-ci il seçilsə, "iPhone" 5s, "iPad air", "iPad" mini 3 və digər yenilənmiş "Apple" texnologiyaları bağlanaraq istifadəyə yararsız olacaq. Bu səhv amerikalı tələbə tərəfindən tapılıb. O, müxtəlif yollarla telefonu işə salmağa çalışsa da, onun bu cəhdləri uğursuz alınıb. Mövcud vəziyyətdə əlacsız qalan müştəri "Apple" şirkətinə müraciət edib. Şirkət belə bir hal ilə ilk dəfə qarşılaşdığını qeyd edərək, telefonu yenisi ilə əvəzləyib. Qeyd edək ki, "Apple"in köhnə modellərindən olan "iPhone" 5-də isə bu hal baş vermir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|