Heqiqet.Az » idman » Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb


Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb

22-07-2016, 16:24
Çap et
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb İyulun 22-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü start götürüb.
Yarışlar Milli Gimnastika Arenasında keçirilir.
Yarışların ilk günü gimnastların halqa və topla fərdi çıxışları, həmçinin beş lentlə qrup hərəkətləri üzrə təsnifat yarışları keçiriləcək.
Azərbaycanı yarışlarda Marina Durunda və Jalə Piriyeva, həmçinin Siyanə Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynəb Çeleb və Ayşən Bayramovadan ibarət qruo hərəkətləri üzrə yığma təmsil edəcək.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparcaq. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.
Reytinq: