Avropa Liqası: “Qarabağ” və “Qəbələ”nin pley-off mərhələsində ilk sınağı18-08-2016, 09:11
Çap et ![]() İsveçin “Höteborq” klubu ilə qarşılaşacaq təmsilçimiz ilk oyun öncəsi cütün favoriti hesab olunur. “Köhlən atlar” İsveçdə qalib gəlsələr, bu, onların qitənin ikinci dərəcəli klub turnirində yubiley – 20-ci sevinci olacaq. Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” isə qrup mərhələsinə gedən yolda son maneəni dəf etmək üçün ilk qarşılaşmasına çıxacaq. Artıq 3 mərhələni arxada qoymuş “qırmızı-qaralar” Sloveniyanın “Maribor” klubu ilə üz-üzə gələcək. Ötən mövsüm dörd təsnifat mərhələsi adlayan əyalət klubu bu dəfə də eyni nəticəni sərgiləməyə iddialıdır. İlk dəfə avrokubok matçını “Dalğa Arena”da keçirəcək əyalət klubu yeni məkanında qələbə ilə yadda qalmaq istəyir. Avropa Liqası Pley-off, ilk oyun 18 avqust 21:00. “Höteborq” (İsveç) - “Qarabağ” Höteborq. “Qamla Ullevi” stadionu 21:00. “Qəbələ” – “Maribor” (Sloveniya) Bakı. “Dalğa Arena” stadionu Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|