Heqiqet.Az » sehiyye » Namazov Avtandil Məmməd oğlu


Namazov Avtandil Məmməd oğlu

26-08-2016, 14:51
Çap et
Namazov Avtandil Məmməd oğlu


Əllərin var olsun, Avtandil həkim!



Azərbaycanda səhiyyənin inkişafının təmin olunması hazırkı prioritetlərdən biridir. Ölkəmizdə əsasən, səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə görülən işlər böyük əhəmiyyət kəsb edir. Azərbaycanda ötən illərdəki iqtisadi irəliləyiş, səhiyyədəki inkişaf bir daha göstərir ki, bizdə tibbi qanunauyğunluqlar sivil qaydadadır. Birmənalı qəbul edilməlidir ki, ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilir.
Bəllidir ki, bütün ölkələrdə sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan veir. Tam inamla demək olar ki, son illər dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu da nəzərəçarpacaq dərəcədə artıb. Elə bunu əlimizdə əsas tutaraq deyə bilərik ki, Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz.
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Təbii ki, bu istiqamətdə «Avrasiya» klinikasının bacarıqlı həkimi, uroloq-androloq, istefada olan polkovnik Namazov Avtandil Məmməd oğlunun da böyük əməyi var.
Avtandil həkim Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olan səhiyyənin inkişafı istiqamətində görülən işləri yüksək dəyərləndirir, bu sahənin daha böyük vüsətlə davam etdirildiyini vurğulayır. Qeyd edir ki, bu, həm də ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb yaradır.
Bəli, son illər bu göstəricilərə görə Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.
Avtandil həkim söhbət əsnasında deyir:
- Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutan Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi altında xəstəliklərin profilaktikası istiqamətdə uğurlu addımlar atılır. Aparıcı tibb müəssisələri bu prosesin inkişafında uğurlu proqramlar tərtib edir, səmərəli işlər görürlər. Bizim səhiyyə ocağı da bu amilə istinad edir, üzərinə düşən məsuliyyətin öhdəsindən bacarıqla gəlmək üçün ciddi-cəhdlə çalışır.
Avtandil həkim sözün həqiqi mənasında qayğıkeşdir. Adam bəlkə də inanmaq istəmir ki, onun kimi insanlar çoxluq təşkil etsin. Onun kimi bir ürək sahibi səni sağlamlığa qovuşdurur deyə, qürur hissi keçirirsən.
Açığı, həkimlərimizdən çox qayğı görmüşük. Lakin Avtandil həkimin mehriban münasibətləri doğmalıq həddini belə aşır. Onun qəbulundla olanda, bütün ağrı-acını unudur, Tanrının yüksək mərifət bəxş etdiyi bu könül-qəlb sahibinin ucalığına heyran qalırsan. Üstəlik, həkim bacarığı, qabaqcıl səhiyyə işçisi kimi örnəkliyi də bir tərəfdən ona el məhəbbəti artırır.
Dəyərli insan, əlləri şəfalı həkim, mehriban və qayğıkeş ziyalı Avtandil Namazovun varlığı hər birimizin ümdə istəyimizdir. Allah onun kimi həkimləri bizə çox görməsin.


İsa İsgəndərov
Reytinq: