Heqiqet.Az » » Həyat yoldaşını itirənlər risk altındadı


Həyat yoldaşını itirənlər risk altındadı

23-04-2015, 13:25
Çap et
Həyat yoldaşını itirənlər risk altındadı

ABŞ-da aparılan bir araşdırmada həyat yoldaşını itirən insanların 3 ay içində ölmə riskinin yüzdə 66 artdığı ortaya çıxıb.

Heqiqet.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Harvard Universitetinin alimləri tərəfindən aparılan araşdırmaya yaşı 50-dən yuxarı olan 12 min 316 nəfər qatılıb.
Həyat yoldaşı vəfat edən insanların 50 %-i 3 ay, 26 %-i 3-6 ay, 44 %-i 6-12 ay ərzində həyatını itirib.
Alimlər həyat yoldaşı itkisinin ölümə necə sürüklədiyini tam olaraq izah edə bilməyiblər. Amma hesab edirlər ki, bu, həmin insanların xəstə yoldaşına baxıb sonda özünün də xəstələnməsi, yaxud həyat tərzinin dəyişməsindən qaynaqlanır.
Reytinq: