Heqiqet.Az » iqtisadiyyat » Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyi vaxtı açıqladı


Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyi vaxtı açıqladı

20-12-2016, 15:42
Çap et
Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolunun istismara veriləcəyi vaxtı açıqladı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu 2017-ci ilin birinci rübündə istismara veriləcək.
Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşdə deyib.
B.Yıldırımın sözlərinə görə, BTQ layihəsi başa çatma mərhələsindədir.
G.Kvirikaşvili isə bildirib ki, Tbilisi BTQ-nin tikintisini tezliklə yekunlaşdırmaq üçün bütün zəruri işləri görür.
Gürcüstanın Baş naziri bu layihəni Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığında mühüm bənd adlandırıb.
Reytinq: