Heqiqet.Az » gundem » Rusiyada kütləvi ölümə görə 11 nəfər saxlanılıb


Rusiyada kütləvi ölümə görə 11 nəfər saxlanılıb

21-12-2016, 13:05
Çap et
Rusiyada kütləvi ölümə görə 11 nəfər saxlanılıb Polisin həyata keçirdiyi əməliyyat nəticəsində 12 ton saxta alkoqollu işki müsadirə olunub
Rusiyanın İrkutsk şəhərində “Boyarışnik” adlı saxta spirtli içkidən kütləvi zəhərlənməyə görə 11 nəfər saxlanılıb.
Bu barədə İrkutsk vilayətinin Polis İdarəsindən bildirilib.
Polisin həyata keçirdiyi əməliyyat nəticəsində 12 ton saxta alkoqollu işki müsadirə olunub.
Xatırladaq ki, “Boyarışnik” adlı saxta spirtli içkidən kütləvi zəhərlənmə faktı dekabrın 18-də qeydə alınıb. Hadisə nəticəsində 102 nəfər zəhərlənib ki, onlardan da 58-i ölüb.
Reytinq: