UEFA Ermənistanı yüksək məbləğdə cərimələyə bilər19-06-2015, 15:11
Çap et ![]() Ş.Arutyunyan bununla atasının və digər siyasi fəalların həbsinə etiraz edib. Oyun 3 dəqiqə müddətinə dayandırılıb və səbəbkar asayiş keşikçiləri tərəfindən stadiondan çıxarılıb. Bununla əlaqədar UEFA nümayəndəsi xüsusi raport hazırlayıb. Bu raport əsasında tezliklə UEFA tərəfindən inzibati qərar qəbul ediləcək. Xatırladaq ki, meydana çıxan tamaşaçı ilə əlaqədar oyun dayandırılarsa, ev sahibliyi edən tərəf 80-130 min avro məbləğində cərimələnir. Ş.Arutyunyanın əlində siyasi plakat tutduğunu da nəzərə alsaq, bu ciddi qayda pozuntusu hesab edilir. Hadisə təkrarlanarsa, Ermənistanı minimum bir ev görüşünü tamaşaçısız keçirmək təhlükəsi gözləyir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|