Heqiqet.Az » tehsil » 9-cu sinif buraxılış imtahanlarının vaxtı açıqlanıb


9-cu sinif buraxılış imtahanlarının vaxtı açıqlanıb

15-02-2017, 11:30
Çap et
9-cu sinif buraxılış imtahanlarının vaxtı açıqlanıb Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsinin keçirilmə qrafiki açıqlanıb.
Dövlət İmtahan Mərkəzindəm verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi 5, 12, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.
Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.
Heydər Əliyev adına Hərbi Lisey və Peşə liseylərinin şagirdləri üçün imtahan martın 12‑də, C.Naxçıvanski adına Hərbi lisey, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.
Reytinq: