» » İsveçdə miqrant mərkəzində yanğın: 20 yaralı


İsveçdə miqrant mərkəzində yanğın: 20 yaralı

27-02-2017, 14:17
Çap et
İsveçdə miqrant mərkəzində yanğın: 20 yaralı İsveçin Göteborq şəhəri yaxınlığında yerləşən miqrant mərkəzində yanğın baş verib.
Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
Xəsarət alanlar, əsasən, tüstüdən zəhərləniblər. İki nəfər ağır xəsarət alan miqrant xəstəxanaya yerləşdirilib.
Ümumilkdə mərkəzdə 1600 qaçqının məskunlaşdığı bildirilir. Hadisənin səbəbləri hələlik müəyyənləşdirilməyib. Polis faktla bağlı araşdırma aparır.
Reytinq: