Heqiqet.Az » sosial » Prezident Hərbi Dəniz Qüvvələri bazasının açılışını etdi


Prezident Hərbi Dəniz Qüvvələri bazasının açılışını etdi

25-06-2015, 19:05
Çap et
Prezident Hərbi Dəniz Qüvvələri bazasının açılışını etdi İyunun 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib. Heqiqet.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib. Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.
Daha sonra prezidenti rəmzi açılışı bildirən lenti kəsib və şəxsi heyətlə görüşüb. Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlət başçısına raport verib. Prezident İlham Əliyev əsgərləri salamlayıb və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bundan sonra Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söyləyib. Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.
Reytinq: