“Qara bazar”da dollar sürətlə ucuzlaşır
6-04-2017, 10:39. Разместил: heqiqet
Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.67 manata, satışı isə 1.69 manata düşüb. Bu isə son iki gündə manatın 2,3 %-dək bahalaşması deməkdir. "Qara bazarda” bu məzənnə sonuncu dəfə mart ayının əvvəlində qeydə alınmışdı.
"Dollar alverçiləri” bildirilib ki, bu gün keçiriləcək növbəti valyuta hərracında dolların yenidən ucuzlaşacağı gözlənilir. Bu da ABŞ valyutasının hazırki fərdi satış məzənnəsinə təsir edib.
Qeyd edək ki, ötən gün "qara bazar”da dollar 1.68 manata alınıb, 1.70 manata satılırdı.
Вернуться назад