"Növbəti nümayəndəlik Çində yaradılacaq" - NAZİR MÜAVİNİ
12-04-2017, 12:33. Разместил: heqiqet
Nazir müavini qeyd edib ki, bu ilin birinci rübündə Azərbaycanda ixracatçıların sayı 20% artıb. S. Babayev əlavə edib ki, sahibkarlarımızın istehsal etdiyi məhsulların xarici bazarlara ixrac olunması üçün bütün şərait yaradılacaq.
Xarici ölkələrdə Azərbaycanın ticarət nümayəndəliklərinin yaradılmasına toxunan nazir müavini bildirib ki, növbəti nümayəndəlik Çində yaradılacaq. "Bu nümayəndəliklərin yaradılmasında məqsəd Azərbaycanın investisiya potensialını bu ölkələrdə tanıtmaq, həmin ölkənin iş adamlarını Azərbaycana dəvət etməkdir. Bundan başqa, son zamanlar Azərbaycan xarici ölkələrdə ticarət evləri də yaradır. Artıq Belarusda belə bir ticarət evi açılıb, Rusiya və Ukraynada ticarət evlərinin açılması ilə bağlı işlər aparılır", - deyə S. Babayev bildirib.
Onun sözlərinə görə, ötən rüb ərzində Azərbaycanın ixracı 50%, o cümlədən qeyri-neft məhsullarının ixracı 32%, kənd təsərrüfatı məhsullarının ixracı 46%, sənaye məhsullarını ixracı isə 25% artıb.
Вернуться назад