Azərbaycan Beynəlxalq Bankı Qazaxıstanın pensiya fonduna 50 mln. dollar ödəyib
22-06-2017, 11:49. Разместил: heqiqet
"2014-cü ilin oktyabr ayında 45 mlrd. təngə məbləğində investisiya yatırılıb. Xatırlayırsınızsa, o zaman 1 dollar 180 təngəyə bərabər idi. Buna görə, biz Azərbaycan Beynəlxalq Bankının qiymətli kağızlarına 250 mln. dollar yatırdıq. Termin dili ilə danışsaq, ilk növbədə bu illər ərzində investisiyamız devalvasiyadan qorunub. Artıq ödənişlərə başlanılıb. Təəssüf ki, bu məlumatı açıqlamırlar, lakin biz kupon ödənişləri üzrə artıq 50 mln. dollar qaytara bilmişik. Bugünkü məzənnəyə əsasən, bu, 17 mlrd. təngə təşkil edir. Başqa sözlə, 45 mlrd. təngə yatırmışıq, 17-si qayıdıb", - deyə o bildirib.
Вернуться назад