Azərbaycanda əhalinin təbii artımı açıqlandı - ÖTƏN İL ÜZRƏ
14-08-2017, 13:07. Разместил: heqiqet
XəzərXəbər Dövlət Statistika Komitəsinin "Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrinə istinadla xəbər verir ki, 2016-cı ildə ölüm halları 75-79 yaşlı sakinlərdə üstünlük təşkil edib (9180 nəfər). Lakin 2014-cü ildən etibarən həmin yaş qrupunda ölüm hallarında azalma müşahidə olunur. Ölüm hallarının ən az rast gəlindiyi yaş qrupu isə yeniyetmələr arasında olub. (10-14 yaş, 174 nəfər). Son bir neçə ilin statistikasına əsasən, 55-69, 85 və ondan yuxarı yaş qruplarında ölüm halları getdikcə artır.
Вернуться назад