DataLife Engine > iqtisadiyyat > DGK: Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığı müşahidə olunmayıb

DGK: Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığı müşahidə olunmayıb


28-08-2017, 18:48. Разместил: heqiqet DGK: Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığı müşahidə olunmayıb Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan-Rusiya sərhədində avtomobillərin sıxlığının yaranmasına dair məlumatlara münasibət bildirib.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, həmin məlumatlar həqiqətə uyğun deyil. Belə ki, 27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb:
"Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir".
Вернуться назад